Dünya Turizm Təşkilatının növbəti mükafatı
Bakı, 6 avqust (AZƏRTAC). Dünya Turizm Təşkilatı yüksək nailiyyət və innovasiyaya görə özünün 11-ci mükafatını təqdim edəcək.
AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, mükafatla maraqlananlar namizədliklərini oktyabrın 31-dək irəli sürə bilərlər.
Mükafatlar ayrı-ayrı şəxslər və turizm sahəsində təşəbbüslər kateqoriyaları üzrə veriləcək.
Ayrı-ayrı şəxslərə mükafat onların turizmə dair bilikləri mənimsəmələri və yaratmalarına görə veriləcək.
Turizm sahəsində təşəbbüslər kateqoriyasında isə dövlət siyasəti və idarəçilikdə, müəssisələrdə, qeyri-hökumət təşkilatlarında, tədqiqat və texnologiyada innovasiyalar nəzərə alınacaq.
Sözügedən mükafat 2015-ci il yanvarın 28-də İspaniyanın paytaxtı Madriddə keçiriləcək FİTUR - beynəlxalq turizm ticarət yarmarkasında təqdim olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:40]
Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]