Dünya Turizm Təşkilatının regional seminarı
Bakı, 4 avqust (AZƏRTAC). Sentyabrın 9-dan 11-dək Dünya Turizm Təşkilatının və Qana Respublikasının Turizm, Mədəniyyət və Kreativ İncəsənət Nazirliyinin birgə təşkilatçılığı ilə Akkra şəhərində turizm brendi və Afrika üzrə regional seminar keçiriləcək.
AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, seminarın məqsədi brend məsələləri üzrə fikir mübadiləsi aparmaq, eləcə də turizm üzrə genişlənən rəqabət bazarında Afrikanın öz brendini yaratmaq məsələlərini araşdırmaqdır.
Tədbirin digər məqsədi isə seminar iştirakçılarını mövzu üzrə öz ölkələrinin imkanları haqqında əminliklə düşünməyə ruhlandırmaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:40]
Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]