Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dünyada alternativ enerji növü olan etanola tələbat artır

 

 
Bakı, 25 avqust (AZƏRTAC). AZƏRTAC-ın sifarişi ilə “Kaspian İnjinirinq” şirkətinin mütəxəssisləri tərəfindən hazırlanmış növbəti analitik məqalə alternativ enerji növü kimi etanoldan istifadə edilməsi məsələlərinə həsr olunmuşdur. Məqalədə alternativ energetikanın inkişafı sahəsində müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda görülən tədbirlərdən bəhs edilir.
AZƏRTAC bu məqaləni oxuculara təqdim edir.
 
                 X                 X                  X
 
Dünyada neft və alternativ enerji mənbələri haqqında diskussiya fəal surətdə davam edir. Söhbət ilk növbədə daha tutumlu məhsul olan yanacaq etanoldan gedir. Hazırda neft və qaz dünyada başlıca enerji mənbələri sayılır. Buna görə də onlardan istifadənin azaldılması bir çox ölkələrin hökumətlərinin işində əsas prioritetdir.
Yanacaq etanol dünyada energetikanın tərkib hissəsidir və gündə 1 milyon barreldən çox nefti əvəz edir (2012-ci ildə dünyada neft istehlakı proqnozu - gündə 88,72 milyon barreldir). Etanol xam neftin hələlik zəif də olsa, yeganə alternatividir.
Yanacaq etanol  benzinə əlavə olunan ən tutumlu məhsuldur. 2009-cu ildə o, dünyada benzin istehlakının 6,0 fazini təşkil etmişdir. Son məlumatlara görə, dünyada etanol istehsal edən 575 zavod vardır. Onların ümumi məhsuldarlığı 80,6 milyon tondur. Etanol istehsalı üçün əsas xammal şəkər qamışı, qarğıdalı, şəkər çuğunduru, buğda, kassava, çəltik və sairdir.
1-ci cədvəldə dünyada yanacaq etanol və benzin istehlakının həcmi göstərilmişdir.
 
Dünyada etanol və benzin istehlakı (mln.ton)
 
1-ci cədvəl.
№
İl
Etanol istehlakı
Benzin istehlakı
(təxmini)
Neftə qənaət
1
2009
58,65
975,1
35,2
2
2010
68,17
950,0
40,9
3
2011
68,63
969,0
41,2
 
Son illər Avropanın benzin bazarı təqribən 100,0 milyon ton təşkil etmişdir. Avropada neftayırma zavodları benzin istehsalı üçün 6,0 milyon tondan çox qatqılardan (ETBE, MTBE, TAME) və 4, 0 milyon ton yanacaq etanoldan istifadə edir ki, bu da 2010-cu ildə pul ekivivalentində təqribən 9,6 milyard ABŞ dolları təşkil etmişdir.
2001-ci ildə etanol - MTBE - neft nisbətinin Amerika energetika idarəsi tərəfindən aparılmış hesabatda çox mühüm iqtisadi göstərici müəyyən edilmişdir. Hesablanmışdır ki, 10 barrel MTBE-ni əvəz etmək üçün 9 barrel etanol tələb olunur.
Beləliklə, bir gündə 212. 000 barrel (28. 922 ton) MTBE benzin qatqısını əvəz etmək üçün gündə 191. 000 barrel (26. 057 ton) etanol tələb olunur. Gündə 191. 000 barrel etanolda təxminən 115. 000 barrel neftə bərabər enerji vardır. Yəni, enerji tutumuna görə 1 ton etanol 0,6 ton nefti əvəz edir (1-ci cədvələ bax).
       
Məlumat: MTBE - metil-tret-butil efiri, benzin qatqısı.
 
“Food and Agricultural Policy Research Institute” (FAPRI) institutunun məlumatına görə, 2011-ci ildə dünya ölkələrində etanol istehsalı və istehlakı aşağıdakı kimi olmuşdur (mlrd. qallon):
        1) ABŞ          12.368 - istehsal,         12.517 - istehlak;
        2) Braziliya     8.231 - istehsal,          7.246  - istehlak;
        3) Çin            0.596 - istehsal,           0.531  - istehlak;
        4) Kanada      0.366 -istehsal,             0.400  - istehlak.
 
        Məlumat: 1 qallon=3.785 litr
 
        Avropa İttifaqında etanol istehsalı ilə Birliyin üzvü olan 18 ölkə məşğul olur, bunlardan 10-u etanol istehsalını artırmışdır. 2011-ci ildə Aİ-də yanacaq etanol istehlakı 5,67 milyard litr olmuşdur. Ən böyük istehlakçılar: Almaniya -1,584 mlrd. litr, Fransa- 0,89 mlrd. litr, İspaniya - 0,55 mlrd. litr, İsveç - 0,44 mlrd. litr. İstehlak həcminin istehsal həcmindən yüksək olması əsasən Braziliyadan idxal hesabına örtülür.
        Dünyada etanollu benzin üçün bir çox müxtəlif standartlar vardır. Məsələn, ABŞ-da E 85, E 50, E 40, E 15 (E - ingiliscə “ethanol” sözündən götürlmüşdür, rəqəmlər yanacaqda olan etanolun faizlə miqdarını göstərir) yanacaq standartları mövcuddur. E 5, E 10 və      E 85 qarışıqları daha çox yayılmışdır. Braziliyada xalis etanola -       E 100 yanacağına da tələbat vardır. Hazırda E 5- E 10 qatqılarında etanolun miqdarının artırılması üçün EN 228 Avropa standartı sınaqdan keçirilir. ABŞ-a və Avropa İttifaqına nisbətən Braziliyada benzinin tərkibində etanoldan daha çox istifadə olunur. Məsələn, San-Pauluda benzinin tərkibində olan etanolun payı 66,78 faiz təşkil edir.
        ABŞ-ın məqsədi 2022-ci ildə benzində etanolun miqdarının 20 faizə çatdırılmasını təmin etməkdir. Hazırda Amerikada yanacağın tərkibində 9,5 faiz etanol vardır. Aİ ölkələrində məqsəd 2020-ci ilədək etanolun payını 10 faizə çatdırmaqdır. Cari istehlak isə 3,4 faiz təşkil edir.
        Neftin qiymətinin yüksək olduğu bir şəraitdə etanol daha sərfəli yanacağa çevrilir, çünki dünyada susuzlaşdırılmış etanolun bir litrinin qiyməti benzinin bir litrinin qiymətindən aşağıdır (2-ci cədvələ bax).
 
                Dünyada bioetanolun və benzinin bir litrinin dəyəri  
 
(15.08.2012)
        2-ci cədvəl
Etanol
(T2)
Rotterdam
Etanol
Braziliya
Etanol
ABŞ
Etanol
Ukrayna
Benzin
Regular
ABŞ
Benzin A-95
Braziliya
Benzin
E 85
ABŞ
$0,89
$0,94
$0,68
$1,14
$0,99
$1,32
$0,89
 
Braziliyanın yanacaq bazarı etanoldan istifadə baxımından nümunə ola bilər. Etanol və şəkər istehsalı üçün xammal kimi şəkər qamışından istifadə edilir.
Braziliyanın yanacaq matrisində etanolun payı 2010-cu ilin sonuna 44,6 faizdən enib 2011-ci ilin sonunda 31,6 faizə çatmışdır.
“Unica” assosiyasiyası Braziliya hökumətindən 20 il üçün ölkənin yanacaq matrisində etanolun iştirakının dəqiq müəyyənləşdirilməsini tələb edir. 2008/2009-cu illəri əhatə edən iki illik dövr ərzində ölkədə 30 yeni etanol zavodu işə salınmışdır. Lakin 2015-ci ilədək cəmi 4 yeni zavod tikiləcəkdir.
Braziliya benzinində etanolun 50 faiz miqdarında tətbiqini bərpa etmək üçün şəkər sektoruna 130 milyard dollar məbləğində investisiya qoyulması tələb olunur. Bu vəsaitdən etanol istehsal edən 100 yeni zavod yaradılması üçün istifadə olunacaqdır. Bu investisiyalar şəkər istehsalçılarına şamil edilməyəcəkdir.
2020-ci ilədək Braziliyada avtoparkın və ümumi daxili məhsulun (ÜDM) artım sürətindən asılı olaraq yanacağa tələbat indikindən təqribən iki dəfə çox olacaqdır.
Son vaxtlar dünyanın bir neçə ölkəsi etanol istehlakını xeyli artırmışdır. Söhbət Çindən, Hindistandan və Vyetnamdan gedir. Göstərilən ölkələrdə xammal bazasının - şəkər qamışı və çəltik tullantılarının olması buna kömək etmişdir. MDB ölkələri arasında etanol istehsalı daha çox Ukraynada - xammal bazasının (taxıl və patka) olduğu yerdə cəmləşmişdir. Lakin 2-ci cədvəldən göründüyü kimi, Ukraynada etanolun qiyməti dünya üzrə ən yüksək qiymətdir. Bu, etanol istehsalına sərf olunan çox böyük enerji xərcləri ilə əlaqədardır. Rusiyada yanacaq etanol istehsal edilmir. Bunun başlıca səbəbi bioyanacağın inkişafını stimullaşdıran qanunvericilik bazasının olmamasıdır.
2020-ci ilədək Azərbaycanın energetika siyasətinin məqsədi elektroenergetika sektorunda alternativ enerji mənbələrinin payını 20 faizə çatdırmaqdır. 2011-ci ildə bu göstərici 10 faiz olmuşdur (9,8 faiz - hidroelektroenerji, 0,2 faiz - alternativ enerji mənbələrinin digər növləri).
Nəzərdə tutulan planlara görə, 2020-ci ildə enerji istehlakının ümumi həcmində alternativ enerji mənbələrinin payı 9,7 faizə çatdırılacaqdır. Azərbaycanda alternativ energetikanın inkişafı proqramının həyata keçirilməsi üçün Prezident İlham Əliyevin Fərmanı ilə Altenativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkəti yaradılmışdır. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT-in nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir VİDEO

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir VİDEO

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümkündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: İtkin düşmüş şəxslər məsələsini yalnız texniki imkanlar həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib