Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dünyada dalğalanan, müxtəlif ölkələrdə yaşayan soydaşlarımız üçün müqəddəs olan bayrağımız dövlətçiliyimizin rəmzidir

Dünyada dalğalanan, müxtəlif ölkələrdə yaşayan soydaşlarımız üçün müqəddəs olan bayrağımız dövlətçiliyimizin rəmzidir

Bakı, 15 noyabr, AZƏRTAC

Xalqımız bu günlərdə Zəfər və Bayraq bayramını, Konstitusiya gününü böyük ruh yüksəkliyi və qürurla qeyd edir. Bu gün Qarabağda, Şərqi Zəngəzurda, bütövlükdə Azərbaycanda, dünyada dalğalanan, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız üçün müqəddəs rəmz olan bayrağımız dövlətimizin, dövlətçiliyimizin simvoludur. Azərbaycan bu fərəhli günlərə addım-addım irəliləyib və məqsədinə nail olub. 27 il gedilən bu yol heç də asan olmayıb. İlk növbədə, ölkədə daxili sabitlik yaratmaq, milli birliyə, həmrəyliyə nail olmaq, dağılmış iqtisadiyyatı dirçəltmək, nizamlı və hərtərəfli təmin olunmuş ordu qurmaq, beynəlxalq aləmdə Azərbaycana qarşı neqativ münasibəti dəyişmək lazım idi. Ulu öndər Heydər Əliyevin başladığı bu çətin və şərəfli missiyanı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev davam edərək, çox böyük məharətlə, yüksək siyasi iradə və qətiyyət göstərərək qarşıya qoyulan müqəddəs məqsədə doğru gedirdi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi ilə Azərbaycan yeni tarix yazdı.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələlər komitəsinin sədri, professor Hicran Hüseynova bildirilib.

Deputat qeyd edib ki, artıq iki ildir ki, qürurla yaşayırıq, alnımız açıq, başımız dikdir. Bunu canını və sağlamlığını qurban verən igid, cəsur əsgər və zabitlərimizə borcluyuq.

“Prezident İlham Əliyevin dediyi kimi “Hərbçilərimiz ölümə gedirdilər, “öldü var, döndü yoxdur” şüarı ilə döyüşlərə gedirdilər, bir nəfər də olsun fərari olmamışdır. Bu, xalqımızın qəhrəmanlığıdır və onu göstərir ki, elə gözəl gənc nəsil yetişdi ki, onların bir çoxları Qarabağı, Zəngəzuru heç vaxt görməmişdilər, televiziyalarda, fotoşəkillərdə, valideynlərin, böyüklərin söhbətlərində bu müqəddəs torpağa yaxınlaşırdılar. Ancaq onlar gəldilər və xalqımızın tarixi missiyasını şərəflə yerinə yetirdilər”. Onların hər biri bir tarix, bir dastan yazdı!”, - deyə H.Hüseynova bildirilib.

Komitə sədri qeyd edib ki, Azərbaycan Prezidentinin çıxışlarını təkcə biz yox, həm də region və dünya dövlətləri gözləyir. Strateji əhəmiyyətə malik olan regionumuzun dünyada gedən proseslərdən uzaq tutmaq, güclər balansında ciddi dəyişikliklərlə müşahidə olunan geosiyasi müstəvidə mövqeyinə maneə yaratmaq istəyi alınmadı. Çünki hər kəs yaxşı dərk edir ki, Cənubi Qafqazın nəbzini Bakı müəyyən edir. Bu, heç də hamının hesablaşmaq istəmədiyi reallıqdır. Bunun üçün müxtəlif üsullardan - təxribatlardan, təhdidlərdən və hətta açıq hədələrdən istifadə olunur. Lakin bütün bunlar 44 günlük müharibədə qələbə çalmış Xalqımızın, güclü, qalib ordumuzun Müzəffər Ali Baş Komandanın, məharətli siyasətçi və qətiyyətli ölkə başçısı İlham Əliyevin sıx birliyi ilə daha da güclü olan Azərbaycan dövləti bir çoxlarını narahat edir. Ona görə də heç bir şübhə yoxdur ki, Prezident İlham Əliyevin noyabrın 8-də Şuşada söylədiyi hər bir söz lentə alınıb və hazırda müxtəlif səviyyələrdə təhlil edilir.

Dövlət başçısının çıxışında çox aydın və məqsədyönlü mesajlar var idi. Siyasi etika və diplomatiya qanunlarının öz qaydaları var. Azərbaycanın mövqeyini “yoxlamaq” istəyən hər kəs öz ünvanına deyilmiş məsələləri bir daha eşitdi. Noyabrın 10-da faktiki olaraq Ermənistanın kapitulyasiya aktına çevrilmiş üçtərəfli Bəyanatın imzalanmasının ikinci ili tamam oldu. Ötən müddət ərzində Azərbaycan sülh naminə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyi halda, təəssüf ki, digər tərəf vaxt qazanmağa çalışır, nəyəsə ümid edir. Keçən dövrdə baş verən hadisələr, Ermənistanda baş qaldıran revanşist hərəkətlər, onun havadarlarının apardığı məkrli oyunlar göz önündədir. Amma nəzərə almadılar ki, rəsmi Bakı bunu çox gözəl bilir. O zaman bu, müharibəni uzatmaqdan və yeni qurbanlardan qaçmağın yeganə yolu idi. Bu bizim qələbəmiz idi və qalan məsələləri ağır itkilər olmadan addım-addım etmək olardı. Bütün bu iki il ərzində Prezident İlham Əliyevin istər siyasi, istər iqtisadi, istərsə də quruculuq müstəvilərində böyük əzmlə gördüyü işlər, həyata keçirdiyi layihələr bir daha ölkəmizin real potensialının göstəricisidir. Lakin yenə də 2020-ci ilin payızında olduğu kimi, bu gün də Azərbaycana qarşı ciddi təzyiqlər var. Dövlət başçısının İkinci Qarabağ müharibəsinin 44 günü ərzində gərginlik və təzyiqlərə necə cavab verdiyini, mübarizə apardığını hamımız yaxşı bilirik. Bu gün Azərbaycanın Qələbəsini, inkişafını, yaratdığı yeni reallığı, regiondakı strateji mövqeyini həzm edə bilməyənlər dövlətimizə qarşı çıxır, onu zəiflətməyə çalışırlar. Dövlət başçısı isə yenə də zərbəyə tab gətirməli, çağırışlara və təhdidlərə cavab verməlidir. Necə ki, bunu çox məharətlə edir!

"Qarabağ bizim torpağımızdır. Rusiya sülhməramlıları orada müvəqqəti yerləşdirilib, 2020-ci il 10 noyabr tarixli Bəyanatda onların qalma müddəti göstərilib. Onlar (yəni ermənilər) kiməsə bel bağlasalar, yenə faciə ilə üzləşəcəklər". Bu sözləri Prezident İlham Əliyev Şuşada deyib. Bununla da ölkə başçısi təkcə Ermənistana deyil, hər kəsə aydın şəkildə izah etdi ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazilərində mövcud olmayan mandatının uzadılmasına ümid bağlamasınlar. Odur ki, erməni tərəfi heç kimə arxayın olmasın, Azərbaycanla münasibət qurmağa çalışsın hər hansı oyuna alət olmasın. Hər şey İrəvandan göründüyü qədər sadə deyil. Prezident İlham Əliyev “yeni çətir axtarışına” çıxan qonşuların nəzərinə bunu çatdırdı.

Prezident İlham Əliyev müharibədə uduzmuş Ermənistanın üçtərəfli Bəyanat üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə bir daha diqqəti cəlb edib. O, yalnız işğal altında olan Ağdam, Kəlbəcər və Laçın rayonlarının könüllü azad edilməsi ilə bağlı bəndləri yerinə yetirib. Amma bu, xoş niyyətli hərəkət deyildi. Erməni tərəfi, Azərbaycan liderinin çox dəqiq qeyd etdiyi kimi, qorxuya qapılmışdı. Azərbaycan Ordusunun gücü, ölkə başçısının iradəsi erməniləri bu üç rayonu döyüşsüz azad etməyə məcbur etdi.

"Ermənistan silahlı qüvvələri Qarabağda nə edir? Bizim səbrimiz hədsiz deyil və mən bir daha xəbərdarlıq etmək istəyirəm ki, bu öhdəlik yerinə yetirilməsə, o zaman Azərbaycan lazımi addımları atacaq. Ermənistan öz beynəlxalq öhdəliklərini yerinə yetirmir. Ermənistan İkinci Qarabağ müharibəsində məğlub olub, ordusu məğlub olub. Məğlub olan ölkə özünü belə apara bilməz. Ona görə də bizim bütün addımlarımız haqlıdır. Düzdür, Ermənistanın bəzi xarici havadarları bizi nədəsə ittiham etmək istəyirlər. Mən onlara da cavab verdim, yenə cavab verəcəyəm. Bu, mənə mane olmayacaq”, - bu fikirləri də Prezident İlham Əliyev Şuşada deyib. Onun bu sözləri erməni maraqlarının digər müdafiəçisi Fransaya mesajdır. Rəsmi Paris ermənilərin özündən daha çox erməni kimi görünmək istəyir. Nə üçün? Erməni seçicilərin səsi naminə, yoxsa bu islamofobiya və türkofobiyadır? Bu isteriya heç nəyə gətirib çıxarmadı, çünki Azərbaycan haqlıdır, beynəlxalq hüquq onun tərəfindədir və buna heç kim heç nə edə bilməz. Azərbaycana qarşı bütün ittihamlar məhz bu beynəlxalq hüquqa ziddir. Biz burada diktə edirik, burada əsas qüvvə bizik, lazım gələrsə, bir daha güc nümayiş etdirib istədiyimizə nail olacağıq, deyə dövlət başçısı bildirib. "Bunu hamı bilir və sərhədimizdə Ermənistana dəstək üçün hərbi təlimlər keçirənlər də bunu bilməlidirlər. Bizi heç kim qorxuda bilməz" deyən Prezident İlham Əliyev açıq şəkildə xəbərdarlıq edərək ermənilərə möcüzə gözləməməyi tövsiyə etdi. Kimsə gəlib onların yerinə döyüşməyəcək, “və döyüşsə, yenə qarşısında Azərbaycan Ordusunu görəcək”. Burada ekstremist dini təbliğatdan başqa heç vaxt rıçaqları olmayan İran Azərbaycanı hərbi güclə hədələyərək Ermənistanın bütün müdafiəçilərindən daha da irəli gedib. Bir sözlə, bütün alıcılar öz “açıqcalarını” alıblar. Bunu Ermənistan, Rusiya və İran mediasındakı şərhlərdən və analitiklərdən qiymətləndirmək olar. Ermənilərə gəlincə, Azərbaycan Prezidentinin onlar üçün ən önəmli mesajı belədir: "Biz sülh istəyirik, müharibə istəmirik. Sülh, ədalətli sülh. Bizim irəli sürdüyümüz şərtlər ədalətlidir, beynəlxalq hüquqa söykənir və bu şərtlər əsasında sülh müqaviləsi imzalanmalıdır. Ermənistan xoş niyyət göstərsə, imzalanacaq, olmasa da, imzalanmayacaq. Bundan sonra nə olacağını həyat göstərəcək".

Prezident İlham Əliyev erməni tərəfini seçim qarşısında qoydu: ya sülh müqaviləsi Bakının təklif etdiyi beş prinsip əsasında imzalanır, ya da imzalanmayacaq. Ölkəmizin qarşısında genişmiqyaslı vəzifələr durur, böyük işlər görülür, erməni tərəfinin şıltaqlığından çox az asılı olan layihələr həyata keçirilir. Hətta bu kiçik faiz də Azərbaycanın düşmənin ümid etmək istədiyindən daha çox imkanlara malik olduğu imkanlarla kompensasiya edilə bilər. Ermənistana bir dəfə xəbərdarlıq edilmişdi ki, onun inadkarlığı onu gələcəkdə daha çətin seçimlər qarşısında qoyacaq və belə də oldu. Azərbaycan növbəti dəfə Ermənistana ya uzunmüddətli sülh və ya dövlətçiliyin itirilməsi seçimini təklif edir, lakin sabah Ermənistanın artıq bu seçimi olmaya bilər.

Deməli, qonşular da Azərbaycan Prezidentinin açıqlamalarını əbəs yerə oxumurlar. Çünki bu çıxışlarda onların bu günü və gələcəyi ilə bağlı hər şeyi ehtiva edir. Amma bu gələcəyin indikindən daha pis olmasın deyə, onlar eşitdiklərindən düzgün nəticə çıxarmalıdır. Məhz üçtərəfli sülh Bəyanatının imzalanmasından keçən iki il müddətində Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində quruculuq işlərinin aparılması, Cənubi Qafqazda ölkəmizin mövqeyinin daha da güclənməsi, söz və nüfuz sahibi olması, iqtisadi imkanlarımızın artması fonunda dalana çevrilən Ermənistanın bu barədə düşünməsi üçün çoxlu səbəbləri var.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir