Dünyada hər 31 uşaqdan biri autizm spektr pozuntusu ilə dünyaya gəlir
Bakı, 24 aprel, AZƏRTAC
“Statistikaya əsasən, dünyada hər 31 uşaqdan biri autizm spektr pozuntusu ilə dünyaya gəlir.
Rəqəmlər artmaqda davam edir və bu fakt bir daha göstərir ki, cəmiyyət olaraq məsələyə daha ciddi yanaşmalı, maarifləndirmə işlərini gücləndirməliyik”.
AZƏRTAC xəbər verir ki, bu fikirləri “Birgə və Sağlam” İctimai Birliyinin təsisçisi və direktoru Aytən Eynalova Bakıda keçirilən Beynəlxalq Autizm Konfransının açılış mərasimində deyib. O qeyd edib ki, konfransın əsas məqsədi autizm spektr pozuntusu haqqında elmi və praktik bilikləri bölüşmək, yeni yanaşmaları müzakirə etmək və mütəxəssislər arasında əməkdaşlıq platforması yaratmaqdır. “Konfrans çərçivəsində keçirilən seminar və təqdimatlar bu sahədə çalışan mütəxəssislər üçün dəyərli təcrübə və məlumat mənbəyi olacaq. Bu tədbirin hər bir iştirakçı üçün faydalı olacağına və mütəxəssislərin gələcək fəaliyyətinə müsbət təsir göstərəcəyinə inanıram. Biz birgə gücümüzlə bu sahədə daha geniş nəticələrə nail olmalı, autizmli fərdlərin cəmiyyətə inteqrasiyasını və rifahını təmin etməliyik”, - deyə A.Eynalova bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [17:44]
Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb
- 07.08.2026 [17:30]
Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 07.08.2026 [17:26]
Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər
- 07.08.2026 [17:17]