Dünyanın ən bahalı şirkəti artıq “Apple” deyil, “Alphabet” oldu
Bakı, 2 fevral, AZƏRTAC
“Google”un sahibi olan “Alphabet” şirkəti budəfəki reytinqdə “Apple”ı geridə qoyaraq dünyanın ən bahalı şirkəti olub.
AZƏRTAC “vesti.ru” saytına istinadla xəbər verir ki, "Apple” şirkətinin dəyəri 535 milyard dollardısa, “Alphabet” şirkətinin dəyəri 568 milyard dollara çatıb.
“Alphabet” şirkətinin 2015-ci il üzrə hesabatına görə, şirkətin xalis gəliri 200 milyon dollardan 4,9 milyard dollaradək yüksəlib. Bu hesabat dərc edildikdən sonra şirkətin səhmləri 9 faiz artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.05.2026 [18:07]
Böyük Britaniyanın səhiyyə naziri istefa verib
- 14.05.2026 [16:06]