Dünyanın ən sürətli qırıcı təyyarəsi istehsal edilir
Bakı, 29 dekabr, AZƏRTAC
Hazırda istehsalat mərhələsində olan dünyanın ən sürətli “Son of Blackbird” (“Qara quşun oğlu”) adlanan SR-72 qırıcı təyyarəsi 2025-ci ildə səmaya qalxacaq.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, təyyarənin sürəti saatda 4 min kilometr olacaq. “Son of Blackbird” ABŞ Hərbi Hava Qüvvələrinin istifadəsinə veriləcək. Təyyarənin mərmilərinin də daha mükəmməl olacağı bildirilir. SR-72 qırıcısı digər analoqları ilə müqayisədə səmada hipersonik sürəti daha çox saxlaya biləcək. Ən başlıcası, avtopilot rejimində uçacaq və pilota ehtiyacı olmayacaq təyyarənin aviasiya sahəsində inqilab edəcəyi bildirilir.
Bu günədək olan ən sürətli təyyarə - “Mach6” statusunda olan qırıcılar da təxminən saatda 4 min kilometr sürətlə uçur, lakin onların bu sürət həddini uzun müddət saxlaması mümkün deyil.
Yeni təyyarə ABŞ-dan Avropaya 1 saat 30 dəqiqəyə uçacaq. Onun sələfi olmuş “Blackbird” adlı SR-71qırıcısı 1960-cı illərdə səmaya qalxıb və həmin dövrdə sovet hərbi, o cümlədən nüvə bazalarının fotoşəkillərini çəkib. Belə ki, S-71 qırıcısı adi kommersiya təyyarəsindən 15 kilometr daha hündürlükdə uça bilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [16:44]
Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb
- 08.10.2026 [16:36]
BƏƏ Qəzzada 600 min insanın su təminatına dəstək olub
- 08.10.2026 [16:30]
Mərakeşdə Fəs Sufi Mədəniyyəti Festivalı təşkil olunacaq
- 08.10.2026 [15:31]
Mərakeşdə VIII Beynəlxalq Aviasiya Sərgisi keçirilir
- 08.10.2026 [15:06]
Rusiya ordusu Kramatorskda avtobusu vurub: 33 nəfər həlak olub
- 08.10.2026 [15:01]