Düşənbədə dəb festivalında Azərbaycan modelyerləri də iştirak edib
Düşənbə, 5 aprel, АZƏRTAC
Düşənbədə keçirilən “Таjikistan Fashion Week” dəb festivalında Azərbaycan modelyerləri və dizaynerləri də iştirak edib.
AZƏRTAC xəbər verir ki, festivala Tacikistandan başqa Azərbaycan, Qazaxıstan, Türkiyə, Rusiya, İran, Fransa, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan və digər ölkələrin nümayəndələri qatılıb.
Sanitar-epidemioloji normalara əməl olunmaqla üç gün davam edən festivalda populyar modelyerlər və dizaynerlərlə yanaşı, bu sahənin gənc nümayəndələri də ənənəvi və milli üslubda hazırlanan kolleksiyalarını nümayiş etdiriblər.
Təşkilatçıların verdiyi məlumata görə, dizaynerlər və modelyerlər də səhnəyə milli paltarda çıxıblar. Tədbirdə 30-dan artıq qadın, kişi və uşaq geyimləri kolleksiyası nümayiş etdirilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:16]
Natəvan poeziyasının bədii çalarları
- 08.10.2026 [17:16]
“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub
- 08.10.2026 [17:13]
Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”
- 08.10.2026 [16:46]
“Zəfər yolçuları”: Qəhrəmanlıq dastanını gələcək nəsillərə daşıyan yeni nəşr
- 08.10.2026 [14:45]
“Bakıya uçuş. İncəsənət həftəsonu” festivalının qonağı Canq Ci ilə MÜSAHİBƏ
- 08.10.2026 [14:04]
“Azərbaycanda alman izləri - ortaq tarix” - Berlində təqdimat
- 08.10.2026 [12:20]
Nicə gedən turist hansı tarixi məkanları görəcək? VİDEO
- 08.10.2026 [12:05]