Düşmən yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir
Bakı, 5 oktyabr, AZƏRTAC
Hazırda Füzuli rayonunun Horadiz şəhəri, Ağcabədi rayonunun kəndləri, Tərtər şəhəri və rayonun kəndləri, Goranboy və Göygöl rayonlarının əraziləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulur.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan silahlı qüvvələrinə qarşı adekvat tədbirlər görülür.