SİYASƏT
Düşmənin Bərdə rayonunun Qasımbəyli kəndinə atdığı raketin təsirindən dərin çuxur yaranıb - FOTOLAR
Bakı, 8 oktyabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, oktyabrın 8-də Ermənistan silahlı qüvvələri Bərdə şəhərini və rayonun kəndlərini ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutub. Bərdə rayonunun Qasımbəyli kəndinə atılan raketin təsirindən dərinliyi 10 metrə çatan çuxur yaranıb. Bundan başqa, raketin təsirindən torpaq hissələrinin geniş əraziyə yayıldığı görünür.
AZƏRTAC Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) istinadla həmin fotoları təqdim edir.
Xatırladaq ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi oktyabrın 8-də Ermənistan silahlı qüvvələrinin Bərdə rayonu ərazisinə “Toçka-U” taktiki raket kompleksindən atəş açdığı barədə məlumat yayıb.