Düsseldorfdakı atəşfəşanlıq nəticəsində 19 nəfər xəsarət alıb
Berlin, 19 iyul, AZƏRTAC
Almaniyanın Düsseldorf şəhərində keçirilən ənənəvi “Rheinkirmes” festivalında atəşfəşanlıq zamanı baş verən qəza nəticəsində azı 19 nəfər xəsarət alıb.
AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, hadisə iyulun 18-də axşam saatlarında fişənglərin çox alçaqdan partlaması nəticəsində baş verib.
Xəsarət alanlardan 6-sının vəziyyətinin ağır olduğu bildirilir. İlkin ehtimallara görə, fişəngin buraxıldığı qurğulardan biri aşıb və fişənglər izdihamın üzərinə düşüb.
Hadisə yerinə çoxsaylı təcili yardım və yanğınsöndürmə briqadaları cəlb olunub. Polis hadisə ilə bağlı ehtiyatsızlıqdan xəsarətyetirmə maddəsi üzrə araşdırma aparır.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:33]
Çində robotlar arasında basketbol yarışı keçiriləcək
- 30.09.2026 [12:06]
Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir
- 30.09.2026 [10:50]
Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır
- 30.09.2026 [07:38]
ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib
- 30.09.2026 [07:03]
Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb
- 30.09.2026 [06:31]