“Effektiv ünsiyyət sənəti” kitabı işıq üzü görüb
Bakı, 11 yanvar, AZƏRTAC
Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin müəllimi Natəvan Abuşovanın həmmüəllifliyi və redaktorluğu ilə “Effektiv ünsiyyət sənəti” kitabı nəşr olunub.
AZƏRTAC xəbər verir ki, kitab oxucuları müxtəlif sahələrdə ünsiyyət qurmağa kömək etmək, ünsiyyət sənətinə yiyələnmək üçün praktiki alətlər, anlayışlar və strategiyalarla tanış edir. Nəşr rəqəmsal əsrdə ünsiyyətin, ümumiyyətlə kommunikasiyaların düzgün qurulması baxımından əhəmiyyətlidir.
“Effektiv ünsiyyət sənəti” kitabının digər müəllifləri Aynurə Əzizova, Samirə Əmrahova və Sehranə Rzayevadır.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulan yeni nəşri “LIBRAFF” kitab mağazalar şəbəkəsindən əldə etmək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [18:13]
Təhsildə keyfiyyətin artırılmasına dair görüşlərə başlanılıb
- 09.10.2026 [17:45]
Davamlı enerji keçidində hidrogenin rolu: nəzəriyyədən tətbiqə - seminar
- 09.10.2026 [17:39]
AMEA-da gürcü alimlərlə görüş olub
- 09.10.2026 [17:20]
BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub
- 09.10.2026 [17:01]