Əfqanıstanda qəzaya uğrayan təyyarədə rusiyalı sahibkar və həyat yoldaşı həlak olub
Moskva, 21 yanvar, AZƏRTAC
Əfqanıstanda qəzaya uğrayan təyyarədə Rusiyanın Volqodonsk vilayətindən olan sahibkar Anatoliy Yevsyukov və həyat yoldaşı Anna həlak olublar.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Yevsyukovlar ailəsi istirahət etmək üçün dekabrda Tailanda gediblər. Sonradan Anna Yevsyukova infeksion xəstəlik səbəbindən xəstəxanaya yerləşdirilib. Yanvarın 20-də ailə Anna Yevsyukovanı Rusiyaya gətirmək üçün şəxsi təyyarə sifariş verib. Tailanddan havaya qalxan təyyarə Hindistanda yanacaq doldurandan sonra Daşkəndə istiqamət götürüb və mühərrikdə yaranmış nasazlıq üzündən Əfqanıstanda qəzaya uğrayıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [18:36]
Ukrayna Silahlı Qüvvələri Rusiyanın strateji obyektlərinə zərbələr endirib
- 04.06.2026 [17:48]
“Amazon” şirkəti 25 min yeni iş yeri yaradacaq
- 04.06.2026 [17:30]
Qazaxıstanda 35 metrlik bayraq dirəyi olan Müstəqillik xiyabanı açılıb
- 04.06.2026 [16:39]
İran XİN: Tehran Hörmüz boğazından keçid üçün heç bir ödəniş almayacaq
- 04.06.2026 [16:29]