ƏFQANISTANDA TÜRK MÜHƏNDİSİ ÖLDÜRÜLMÜŞDÜR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, martın 5-də Əfqanıstanda, Kabul-Qəndəhar avtomobil magistralını inşa edən “Kolnat” türk inşaat şirkətinin vəzifəli şəxsi Salih Aksoy və mühəndis Tolqa Erdem naməlum silahlı qrupun hücumuna məruz qalmışlar. Türk mühəndisi Tolqa Erdem hadisə yerində vəfat etmişdir. Salih Aksoy və şirkətdə işləyən əfqan tərcüməçi naməlum şəxslər tərəfindən girov götürülmüşlər.
Türkiyənin Əfqanıstandakı səfiri Bülend Tulun bu məlumatı təsdiqləyərək, oğurlanan şəxslərin azadlığa buraxılması üçün müvafiq işlərin aparıldığını bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [21:54]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]