Əfqanıstanda yol qəzası yeddi nəfərin həyatına son qoyub
Bakı, 21 fevral, AZƏRTAC
Əfqanıstanın şimalında yerləşən Samanqan əyalətində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində yeddi nəfər ölüb, iki nəfər isə yaralanıb.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, ölənlərdən ikisi qadın, biri uşaqdır. Yaralananların vəziyyətinin ağır olduğu bildirilir.
Sürücülərin ehtiyatsızlığı və təhlükəsizlik qaydalarının pozulması Əfqanıstanda çoxsaylı insan tələfatı ilə nəticələnən qəzalara səbəb olur. Rəsmi məlumatlara görə, son 10 ay ərzində ölkədə baş verən yol-nəqliyyat hadisələrində 1600-dən çox insan həyatını itirib, 4 minə yaxın insan isə yaralanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:28]
Tramp husilərə xəbərdarlıq edib
- 13.10.2026 [20:24]
ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək
- 13.10.2026 [20:21]
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]