Əfsanənin qiyməti: Parisdə 1957-ci ilin “Ferrari” avtomobili satışa çıxarılıb VİDEO
Bakı, 5 fevral, AZƏRTAC
Parisdə keçirilən auksionda 1957-ci ilin nadir “Ferrari 335 Sport Scaglietti” yarış avtomobili satışa çıxarılıb. Ekspertlər onu 32 milyon avro dəyərində qiymətləndirirlər.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, dünyada cəmi 4 ədəd belə avtomobil mövcuddur. Lakin hərraca çıxarılan avtomobilin, eyni zamanda, şərəfli tarixi var.
1957-ci ildə Havanada keçirilən Qran-pri yarışlarında bu avtomobili məşhur britaniyalı pilot Stirlinq Moss idarə edib. Bundan sonra onun sükanı arxasında “Formula-1”in digər məşhur pilotları əyləşib. Hazırda əfsanəvi avtomobilin sahibi ən böyük “Ferrari” kolleksiyasına malik fransız Pyer Bardinondur. Bu markadan olan ən bahalı avtomobil iki il bundan əvvəl 28,5 milyon avroya satılmışdı.