Əfsanəvi futbol hakimi Tofiq Bəhramovun anadan olmasından 100 il ötür
Bakı, 29 yanvar, AZƏRTAC
Bu gün Azərbaycanın əfsanəvi futbol hakimi Tofiq Bəhramovun anadan olmasından 100 il ötür.
AZƏRTAC xəbər verir ki, “Qızıl fit” və “Qızıl ilahə” mükafatlarının sahibi, dünyada adına stadion olan ilk hakim Tofiq Bəhramov prinsipiallığı və obyektivliyi ilə hər zaman gənc həmkarlarına örnək olmağı bacarıb.
Qeyd edək ki, Tofiq Bəhramov 1925-ci il yanvarın 29-da Ağdamda anadan olub. 1966-cı ildə keçirilmiş dünya çempionatında Almaniya və İngiltərə milli komandaları arasında final oyununda Cefri Hertsin qolunu qeydə alan mərhum referi bu qərarı ilə daha da məşhurlaşıb. Daim prinsipiallığı, obyektivliyi ilə seçilən hakim oyundan sonra kraliça II Yelizavetanın şəxsən təqdim etdiyi “Qızıl fit” mükafatına layiq görülüb.
Tofiq Bəhramov 1993-cü il martın 26-da dünyasını dəyişib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:38]
"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib
- 02.10.2026 [18:32]
“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib
- 02.10.2026 [16:47]
“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda oynaya bilər
- 02.10.2026 [15:18]