ƏHALİNİN YARIDAN ÇOXU SIĞORTA OLUNMAQ ÜÇÜN QEYDİYYATDAN KEÇMİŞDİR
Hüquqi şəxslərlə çalışan 1 milyon 188.194 nəfər sığortaolunanın 76,6 faizi, fiziki şəxslər və onlarla çalışan 76.865 nəfərin 43,4 faizi, mülkiyyətində kənd təsərrüfatına yararlı torpağı olan 62.177 nəfərin isə 29 faizi qeydiyyat formasını dolduraraq fonda təhvil vermişdir.
Daxil olmuş qeydiyyat blanklarından 971.319 ədədi emal edilmək üçün müvəqqəti arxivə təhvil verilmiş, 638.827 Azərbaycan vətəndaşı və 742 nəfər xarici vətəndaşa isə artıq fərdi hesab açılmışdır.
Respublika üzrə qeydiyyat prosesi artıq iki rayonda - Qubadlı və Kəlbəcərin şöbələrində tam başa çatdırılmışır. Ağdam və Zəngilanda isə bu proses yekunlaşmaq üzrədir.