ƏHALİYƏ GÖSTƏRİLƏN PULLU XİDMƏTLƏRİN HƏCMİ ARTIR
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, ötən il Azərbaycanda əhaliyə 960,7 milyon AZN manatlıq və ya 2004-cü ilin göstəricisindən 26,1 faiz çox pullu xidmət göstərilmişdir.
Xidmətlərin 72,9 faizi hüquqi şəxslərin payına düşmüşdür.