“Ekol Mühəndislik Xidmətləri” QSC “CTE-2014” sərgisinin iştirakçısıdır
Bakı, 19 noyabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, noyabrın 19-dan 21-dək Bakı Ekspo Mərkəzində beşinci yubiley beynəlxalq “Xəzər: ətraf mühit üçün texnologiyalar” sərgisi (“CTE-2014”) keçirilir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) sərgidə həyata keçirdiyi ekoloji layihələri və istehsalata tətbiq etdiyi müasir texnika və texnologiyaları əks etdirən maraqlı stendi ilə təmsil olunur.
QSC-dən AZƏRTAC-a bildiriblər ki, müəssisənin stendi, xüsusilə İsveçin “Alfa-Laval” şirkətinin istehsalı olan, neftşlamı emal edən modul dekantor qurğusunun maketi sərgi iştirakçıları tərəfindən böyük maraqla izlənilir.
Sərgidə iştirak edən ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov QSC-nin stendi ilə tanış olub, həyata keçirilən ekoloji layihələrlə maraqlanıb. QSC baş direktorunun müavini Məzahir Hüseynov müəssisənin fəaliyyəti və icra olunan layihələr haqqında məlumat verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]