“Ekol Mühəndislik Xidmətləri” QSC neftlə çirklənmiş torpaqların təmizlənməsini davam etdirir
Bakı, 11 yanvar (AZƏRTAC). “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazilərində neftlə çirklənmiş torpaqların təmizlənməsi layihəsini davam etdirir.
QSC-dən AZƏRTAC-a bildirmişlər ki, NQÇİ-nin ümumi sahəsi 265 hektar olan 4-cü mədən ərazisində 150 hektar sahə müxtəlif dərəcədə çirklənməyə məruz qalmışdır. Bu ərazilərdə həyata keçirilən ekoloji layihələr nəticəsində Buzovna və Maştağa sahələrində neftlə çirklənmiş torpaqların təmizlənməsinə başlanılmış və ötən ilin dekabrında Buzovna ərazisində 124 hektar sahə tamamilə təmizlənmişdir.
NQÇİ-nin 4-cü mədən ərazisinin Maştağa sahəsində isə 20 hektar ərazinin neftlə çirklənmədən təmizlənməsi nəzərdə tutulmuşdur. Ötən ildən təmizlənməsinə başlanılmış bu əraziyə 90 min kubmetr torpaq daşınmış, 9 hektar sahə çirklənmədən təmizlənmişdir. Hazırda həmin ərazidə işlər davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]