Ekologiya və təbii sərvətlər naziri Zaqatalada vətəndaşları qəbul edəcək
Bakı, 11 iyun, AZƏRTAC
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov iyunun 19-da Zaqatala şəhər 2 saylı orta məktəbdə vətəndaşlar üçün qəbul keçirəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbulda Zaqatala, Balakən, Şəki və Qax rayonları sakinlərinin müraciət, şikayət və təklifləri dinləniləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, ETSN-in 168 saylı “Qaynar xətt”i, həmçinin Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsi (telefonlar: 050-683-17-40, 070-950-78-83, 024-22-5-35-15) ilə əlaqə saxlamaları xahiş olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]