EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİ JURNALİSTLƏRİN MÜSABİQƏSİNƏ YEKUN VURMUŞDUR
AZƏRTAC xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ümumdünya Ətraf Mühiti Mühafizə günü ilə əlaqədar elan olunmuş ekologiya mövzusunda ən yaxşı məqaləyə və ən yaxşı telesüjetə görə jurnalistlər arasında müsabiqəyə yekun vurmuşdur. Nazir Hüseynqulu Bağırov mərasimdə çıxış edərək, ekoloji biliklərin təbliğində, ətraf mühiti mühafizə, biomüxtəliflik problemlərinin işıqlandırılmasında jurnalistlərin xidmətlərini vurğulamışdır.
Sonra əsas və həvəsləndirici mükafatların verilməsi haqqında nazirliyin komissiyasının qərarı oxunmuş və onlar təqdim edilmişdir. Müsabiqəyə cəmi 120 məqalə və telesüjet təqdim olunmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]