EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİNDƏ “DƏYİRMİ MASA” GÖRÜŞÜ
İri xarici şirkətlər neft-qaz hasilatı, müxtəlif faydalı qazıntı yataqlarının işlənilməsi və s. sahələrdə ətraf mühitə mənfi təsir göstərən istehsalat işlərinə başlamazdan əvvəl onların ətraf mühitə, bəzən isə hətta sosial mühitə təsirini müəyyənləşdirirlər. Yerli şirkətlər isə bu səmərəli təcrübəni son vaxtlarda həyata keçirməyə başlamışlar. Görüşdə bildirilmişdir ki, lakin istər xarici, istərsə də yerli şirkətlər ƏMTQ-i köhnə məlumatlardan və ya yerli elmi tədqiqat institutlarının mövcud nəticələrindən istifadə etməklə, formal şəkildə aparırlar. ƏMTQ-in həcminin genişliyi də onun qüsuru kimi nəzərə çarpdırılmışdır, çünki bu, materialla tam tanışlığa mane olur.
Görüşdə Azərbaycanada ətraf mühitə təsirin qiymətləndirilməsi təcrübəsi barədə hesabatın təqdmatı keçirilmişdir. Hesabat ətraf mühit sahəsində əməkdaşlığa dair Avropa supsidiyalar proqramı və ƏMTQ üzrə Niderland Komissiyasının dəstəyi ilə hazırlanmışdır.
“Dəyirmi masa” görüşündə ATƏT-in Azərbaycandakı nümayəndəliyinin, AMEA-nın, nəqliyyat, yanacaq və energetika, iqtisadi inkişaf nazirliklərinin, ARDNŞ-in, habelə milli və xarici şirkətlərin təmsilçiləri iştirak etmişlər.