EKOTURİZM PERSPEKTİVLİ İŞDİR
AZƏRTAC xəbər verir ki, biomüxtəlifliyin saxlanılması və xüsusi mühafizə olunan ərazilərin inkişafı departamentinin rəhbəri Sədaqət Məmmədova vurğulamışdır ki, “xüsusi mühafizə olunan ərazilərə elmi tədqiqatların aparıldığı və digər növ fəaliyyətlərin yasaqlandığı dövlət qoruqlarını, milli parkları da aid etmək lazımdır. Ekoturizm bizim üçün kifayət qədər yeni sahədir, lakin mütəxəssislərin fikrincə, onun böyük gələcəyi var. Turizmin bu növünün inkişafı nəinki yeni istirahət mərkəzlərinin, yaxud qoruqlarda yeni turist marşrutlarının yaradılmasına, həm də adı çəkilən turizm obyektlərinin bilavasitə yaxınlığında yaşayan əhalinin həyat tərzində müsbət dəyişikliklərə gətirib çıxaracaqdır. Xidmətçi heyətə tələbat hesabına yeni iş yerləri yaradılacaqdır. Bundan başqa, turistlər üçün kənd təsərrüfatı məhsulları tədarük edən yerli sakinlər əlavə satış bazarı qazanacaqlar.