Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ekspert : Enerji, logistika və yaşıl transformasiya layihələri Azərbaycanın mövqeyini daha da gücləndirəcək

Ekspert : Enerji, logistika və yaşıl transformasiya layihələri Azərbaycanın mövqeyini daha da gücləndirəcək

Bakı, 7 iyul, AZƏRTAC

Son illərdə Azərbaycan enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya infrastrukturu və yaşıl enerji sahələrində həyata keçirdiyi ardıcıl siyasət nəticəsində regional və qlobal geoiqtisadi sistemdə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. Ölkənin xarici siyasətinin prioritet istiqamətlərindən biri olan enerji diplomatiyası artıq yalnız karbohidrogen resurslarının ixracı ilə məhdudlaşmır. Müasir mərhələdə Azərbaycan enerji, nəqliyyat və logistika imkanlarını vahid strateji model çərçivəsində birləşdirərək Avrasiya məkanında əsas tranzit və enerji qovşaqlarından birinə çevrilmək istiqamətində fəaliyyət göstərir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında İsveçrədə yerləşən “Caspian-Alpine Society” təşkilatında enerji sahəsi üzrə müstəqil ekspert kimi fəaliyyət göstərən Aytac Məhəmmədova deyib.

O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunun son illərdə daha da artdığını bildirib: “Hazırda Azərbaycan Avropada enerji mənbələrinin şaxələndirilməsində mühüm rol oynayır. 2026-cı ildən Almaniya və Avstriyanın da Azərbaycan qazını idxal edən ölkələr sırasına qoşulması ölkənin enerji diplomatiyasının uğurlu nəticəsi kimi qiymətləndirilə bilər. Bununla Azərbaycan boru kəmərləri vasitəsilə qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada aparıcı mövqeyə yüksəlib. Avropaya ixrac olunan qazın həcmi artıq ümumi qaz ixracının yarısından çoxunu təşkil edir ki, bu da Azərbaycan ilə Avropa İttifaqı arasında formalaşmış strateji tərəfdaşlığın davamlı xarakter daşıdığını göstərir. Mövcud geosiyasi şəraitdə Avropanın alternativ enerji mənbələrinə artan tələbatı fonunda Azərbaycanın etibarlı və uzunmüddətli tərəfdaş kimi çıxış etməsi ölkənin beynəlxalq nüfuzunu daha da artırır. Enerji təhlükəsizliyi sahəsində əldə edilən uğurlar Azərbaycanın nəqliyyat və logistika imkanlarının genişləndirilməsi ilə paralel inkişaf edir. Əlverişli coğrafi mövqeyi sayəsində Azərbaycan Avropa ilə Asiya arasında yerləşən əsas tranzit ölkələrdən biridir. Məhz bu üstünlük ölkənin Şərq–Qərb və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin əsas iştirakçılarından birinə çevrilməsinə şərait yaradıb. Hər iki marşrut yalnız yükdaşımaların həcmini artırmır, həm də Azərbaycanın regional iqtisadi inteqrasiyada rolunu gücləndirərək ölkəyə əlavə geosiyasi təsir imkanları qazandırır”.

Ekspert bildirib ki, Şərq–Qərb beynəlxalq nəqliyyat dəhlizinin əsas elementi hesab olunan Orta Dəhliz son illərdə qlobal ticarətin ən perspektivli marşrutlarından biri kimi qiymətləndirilir. Onun sözlərinə görə, bu marşrut Çin və Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropa bazarları ilə birləşdirir. Azərbaycanın bu marşrut üzrə həyata keçirdiyi infrastruktur layihələri, xüsusilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi, Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin, müasir logistika mərkəzlərinin və gömrük infrastrukturunun təkmilləşdirilməsi ölkənin tranzit potensialını əhəmiyyətli dərəcədə artırıb

“Mövcud strategiyanın əsas məqsədlərindən biri də yaxın illərdə Azərbaycan ərazisindən daşınan yüklərin həcmini iki dəfə artırmaqdır. Bu hədəf Azərbaycanın yalnız tranzit ölkə deyil, həm də regional logistika mərkəzi kimi mövqeyini möhkəmləndirməyə xidmət edir. Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi isə Avrasiyanın şimal və cənub istiqamətlərini birləşdirən mühüm iqtisadi layihələrdən biridir. Bu marşrut Rusiya, Azərbaycan və İran vasitəsilə Fars körfəzi, Hindistan və Cənubi Asiya bazarlarına çıxışı təmin edir. Dəhlizin tam potensialla fəaliyyət göstərməsi Azərbaycan üçün yeni ticarət imkanları yaratmaqla yanaşı, ölkənin beynəlxalq yükdaşımalarında iştirakını genişləndirəcək, tranzit gəlirlərini artıracaq və geoiqtisadi əhəmiyyətini daha da yüksəldəcək”, - deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, nəqliyyat strategiyasında Zəngəzur dəhlizi ayrıca əhəmiyyət kəsb edir. Bu layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa nəqliyyat əlaqəsinin yaradılması baxımından strateji əhəmiyyət daşıyır. Eyni zamanda, dəhlizin gələcəkdə Şərq–Qərb və Şimal–Cənub marşrutlarının qarşılıqlı inteqrasiyasına töhfə verməsi gözlənilir. Bu baxımdan, Zəngəzur dəhlizi yalnız regional kommunikasiya layihəsi deyil, həm də Cənubi Qafqazın yeni nəqliyyat arxitekturasının mühüm elementlərindən biri kimi qiymətləndirilir.

A.Məhəmmədova qeyd edib ki, Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının digər mühüm istiqaməti bərpaolunan enerji mənbələrinin inkişafıdır. Qlobal enerji keçidi fonunda ölkə karbohidrogen ehtiyatlarından əldə olunan üstünlükləri qorumaqla yanaşı, yaşıl enerji sektorunu da sürətlə inkişaf etdirir. Qarşıya qoyulan əsas məqsəd 2032-ci ilədək günəş və külək enerjisi üzrə əlavə 8 QVt istehsal gücünün yaradılmasıdır. Bu istiqamətdə həyata keçirilən layihələr daxili enerji istehsalının şaxələndirilməsi ilə yanaşı, gələcəkdə elektrik enerjisinin və yaşıl hidrogenin ixracı üçün də yeni perspektivlər açır. Xüsusilə, "Yaşıl enerji dəhlizləri" təşəbbüsü Azərbaycanın Xəzər regionundan Avropaya elektrik enerjisinin ixracında da mühüm rol oynaya biləcəyini göstərir.

“Mövcud tendensiyalar göstərir ki, qarşıdakı illərdə enerji, logistika və yaşıl transformasiya sahələrində həyata keçiriləcək layihələr Azərbaycanın regional liderlik mövqeyini daha da gücləndirəcək və ölkənin qlobal geoiqtisadi proseslərdə rolunu artıracaq”, - deyə A.Məhəmmədova vurğulayıb.

Müxbir - Günel Türksoy

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub