Ekspert: Avtobusun öz marşrut xəttindən kənara çıxması yolverilməzdir
Bakı, 5 mart, AZƏRTAC
Avtobus sürücüləri avtobusu onlara verilmiş konkret marşrutlar üzrə idarə etməlidirlər. Marşrutdan kənara çıxma halı yalnız ciddi zərurət yarandıqda ola bilər.
Bunu AZƏRTAC-a nəqliyyat üzrə ekspert Elməddin Muradlı avtobusların bəzən öz marşrut xətlərindən kənarlaşaraq başqa yolla hərəkət etmələrinə cavabında bildirib.
E. Muradlı qeyd edib ki, təbii fəlakət və bunun kimi başqa digər ciddi problemlər yarandıqda vahid marşrut xətti dəyişə bilər.
“Digər hallarda avtobus sürücülərinin marşrutdan kənara çıxmaları yolverilməzdir. Marşrutun dəyişdirilməsi ilə bağlı yalnız xüsusi tədbirlər zamanı göstəriş verilə bilər. Bu proses barədə də aidiyyəti qurumlar əvvəlcədən ictimaiyyətə açıqlama verir, məlumatlandırırlar. Bir sözlə, qanun çərçivəsində avtobusların marşrutları dəyişdirilə bilər, başqa hallarda belə situasiyalar düzgün deyil və yolverilməzdir”, - deyə E.Muradlı vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [19:06]
Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
- 13.10.2026 [19:04]
Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub
- 13.10.2026 [19:01]
Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir
- 13.10.2026 [18:55]
AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir
- 13.10.2026 [18:15]
Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub
- 13.10.2026 [18:14]
Mərkəzi Bank: Əhalinin borc yükü artıb
- 13.10.2026 [18:13]
Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib
- 13.10.2026 [17:56]
İqtisadi Şuranın növbəti iclası olub
- 13.10.2026 [17:48]