El Nino Filippinin kənd təsərrüfatına 18,9 milyon dollar zərər vurub
Bakı, 06 mart, AZƏRTAC
El Nino quraqlığı Filippinin kənd təsərrüfatı sektoruna 18,9 milyon dollar zərər vurub.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, El Ninonun 23 mindən çox fermer və balıqçıya təsir etdiyi, ölkənin beş bölgəsində təxminən 18 min hektar əkin sahəsinə zərər vurduğu açıqlanıb.
Filippin statistika təşkilatı ölkədə illik inflyasiyanın fevral ayında 3,4 faizə yüksəldiyini bildirib. Düyünün qiymətində 23,7 faizlik bahalaşma 2009-cu ilin fevralından bəri inflyasiya səviyyəsinə ən çox təsir edən amil olub.
Məlumatda, həmçinin qeyd olunur ki, hökumət El Nino fenomeninin təsirlərini yumşaltmaq və inflyasiya səviyyəsini nəzarətdə saxlamaq üçün səylərini daha da gücləndirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:28]
Tramp husilərə xəbərdarlıq edib
- 13.10.2026 [20:24]
ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək
- 13.10.2026 [20:21]
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]