ƏLCƏZAİRDƏ 10 İLLİK FASİLƏDƏN SONRA ABŞ-IN KONSULLUĞU FƏALİYYƏT GÖSTƏRƏCƏK
ABŞ səfirliyinin konsulluq şöbəsi Əlcəzair vətəndaşlarından Amerikaya viza almaq üçün sifarişlərin qəbuluna bu il noyabrın 5-dən başlayacaqdır.
Amerika konsulluğu 1990-cı illərin əvvəllərində - Əlcəzairdə hakimiyyət orqanları ilə radikal islam qruplaşmalarının silahlı toqquşması nəticəsində yaranmış daxili böhran kəskinləşdikdən sonra bağlanmışdı.
Bir sıra Avropa ölkələri də ABŞ-dan nümunə götürərək öz konsulluq şöbələrinin fəaliyyətini müvəqqəti dayandırmışdı.
Hazırda Əlcəzair vətəndaşları ABŞ-a viza almaq üçün Amerikanın Tunisdə yerləşən konsulluğuna müraciət edirlər.
ABŞ-ın Əlcəzair paytaxtındakı konsulluğunun yenidən fəaliyyətə başlaması hakimiyyət orqanlarının səriştəli siyasəti nəticəsində ölkədə daxili vəziyyətin xeyli yaxşılaşması ilə bağlıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:15]
Rusiyanın neft və qaz gəlirləri azalıb
- 06.10.2026 [17:58]
ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir
- 06.10.2026 [17:47]
Macarıstanda büdcə kəsirinin artımı zəifləyib
- 06.10.2026 [17:42]
Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır
- 06.10.2026 [17:36]
Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq
- 06.10.2026 [17:26]