Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elçin Mirzəbəyli: ABŞ Prezidentinin təbriki mövcud geosiyasi kataklizmlərin fonunda verilən çox ciddi mesajdır

Elçin Mirzəbəyli: ABŞ Prezidentinin təbriki mövcud geosiyasi kataklizmlərin fonunda verilən çox ciddi mesajdır

Bakı, 21 may, AZƏRTAC

ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 104-cü ildönümü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı məktubda yer alan fikirlər zaman və məzmun baxımından qarşılıqlı münasibətlərin perspektivi ilə bağlı önəmli mesajlarla zəngindir. Zaman və məzmunla bağlı məqamlara toxunulması şübhəsiz ki, təsadüfi deyil. Əks təqdirdə, Cozef Baydenin məktubuna dövlətlərarası münasibətlərin tərkib hissəsi, protokol və etiket qaydaları kimi də yanaşmaq olardı. Amma məktubun məzmunu və burada yer alan mesajlar ABŞ Prezidentinin Azərbaycanın milli bayramı - Müstəqillik Günü ilə bağlı mövqeyini, dövlətçilik, daha dəqiq desək, cümhuriyyətçilik ənənələrimizin çağdaş Azərbaycan Respublikasının siyasi-ideoloji əsaslarını təşkil edən strateji hədəflərinə münasibətini əks etdirir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq, siyasi ekspert Elçin Mirzəbəyli bildirib.

E.Mirzəbəyli qeyd edib ki, müasir Azərbaycan dövləti müsəlman Şərqinin ilk respublikasının varisi, nəhəng bir ərazinin kiçik hissəsində demokratik ənənələrin təməlini qoyan Azərbaycan Xalq Cümhuriyyətinin xələfidir. Azərbaycan müsəlman Şərqinin qaranlıqlarından milyonlarla insana işığı, inkişaf yolunu nişan verən dan ulduzudur.

Politoloqun sözlərinə görə, vaxtilə real müstəqilliyə can atan Azərbaycan Xalq Cümhuriyyətinin arzuları müasir Azərbaycan Respublikasının Liderinin zəkası və dəmir iradəsi nəticəsində gerçəkliyə çevrilib. Azərbaycan Cənubi Qafqazda öz gücü və potensialı hesabına ayaqda durmağı bacaran, dövlətçiliyini real və müstəqil iqtisadi-siyasi əsaslar üzərindən inkişaf etdirən yeganə dövlətdir. Eyni zamanda, müasir geosiyasi reallıqlar çərçivəsində öhdəliklərinə sadiq qalaraq, qürurunu, şərəfini qoruyaraq, sülhün, əmin-amanlığın, təhlükəsizliyin, milli və bəşəri dəyərlərin keşiyində dayanaraq, irəliyə doğru addımlamağı bacaran respublikadır. Azərbaycan dövlətinin müstəqilliyini, torpağının bütövlüyünü canından üstün tutan azad insanların Vətənidir.

“İdeoloji baxımdan bir az yüklü görünsə də, Cozef Baydenin məktubunda yer alan məqamlara, məhz ABŞ-ın Azərbaycanın çağdaş obrazına - müstəqil mahiyyətinə və hədəflərinə verdiyi dəyər kimi qiymətləndirirəm. Fikrimcə, dövlətlər də insanlar kimidir. Güclü, ədalətli və azad olanları, öz maraqlarını sonadək qorumağı bacaranları sevməyə bilərlər, amma hörmət etdikləri şübhəsizdir”, - deyə E.Mirzəbəyli qeyd edib.

Siyasi ekspert vurğulayıb ki, Azərbaycan dövlət olaraq məsuliyyətli davranışları, öhdəliklərinə sadiq qalması, prinsipiallığı, qətiyyətli mövqeyi ilə bu gün dünyanın bir çox ölkələrinə nümunədir.

ABŞ Prezidentinin 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində Azərbaycanla əməkdaşlığa verdiyi yüksək dəyərin əsasında dayanan amillərdən biri də məhz yuxarıda sadalanan məqamlarla bağlıdır.

1994-cü ildən - “Əsrin müqaviləsi”nin imzalanmasından başlayaraq Cənub Qaz Dəhlizinədək keçilən yolda ölkəmizin qarşılaşdığı saysız-hesabsız və keçilməz görünən maneələrin hansı çətinliklər hesabına dəf edildiyini nəzərə alsaq, milli hədəflərimizə çatmaq üçün sərf etdiyimiz əməyin nə qədər böyük olduğunu müəyyənləşdirə bilərik. Cozef Baydenin məktubunda Azərbaycanın enerji resurslarının Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynadığının xüsusi vurğulanması da istinasız olaraq sözügedən istiqamətdə çəkilən zəhmətin, nümayiş etdirilən qətiyyətin bir daha diqqətə çatdırılması, ölkəmizin etimadlı tərəfdaş kimi dəyərləndirilməsidir.

E.Mirzəbəylinin sözlərinə görə, məktubda diqqətçəkən önəmli məqamlardan biri də Azərbaycanın Ukraynanın suverenliyinə verdiyi dəstəyin, göstərdiyi humanitar yardımların əhəmiyyətinin qeyd olunması, ölkəmizin terrorizmə qarşı qlobal mübarizəyə verdiyi əhəmiyyətli töhfələrin təqdir edilməsi, bütövlükdə dövlətimizin beynəlxalq hüququn qlobal məsuliyyətini yüksək səviyyədə dərk edən müstəqil subyekti kimi bəşəriyyət üçün həyati önəm daşıyan proseslərdəki müsbət rolunu ifadə edir. Bu və digər məqamlar, eləcə də hazırkı vəziyyətin Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkan kimi qiymətləndirilməsi, ABŞ-ın regiondakı mövcud reallıqları qəbul etdiyini bir daha təsdiqləyir. Bu yanaşma, eyni zamanda, Amerika Birləşmiş Ştatlarının Azərbaycanın suverenliyinə, ölkəmizin bölgədə oynadığı mühüm sabitləşdirici rola açıq və birmənalı dəstəyi kimi də qəbil oluna bilər.

“Azərbaycan-Ermənistan münasibətlərinin bu günü və perspektivi ilə bağlı ABŞ Prezidentinin məktubunda yer alan fikirlər də sübuta yetirir ki, rəsmi Vaşinqton sərhədlərin delimitasiyası və sülh müqaviləsi ilə bağlı birbaşa təmasların qurulmasında və davam etdirilməsində maraqlıdır. Bu isə Azərbaycanın mövqeyi ilə tamamilə üst-üstə düşdüyü üçün rəsmi Bakının təşəbbüslərinin və cəhdlərinin dəstəklənməsi anlamına gəlir.

Prezident Bayden məktubunda bəyan edir ki, ABŞ qarşıdan gələn illər və onilliklərdə Azərbaycanla münasibətlərini daha da genişləndirmək arzusundadır. Bu isə dünyada və subregionda baş verən proseslərin, mövcud geosiyasi kataklizmlərin fonunda verilən çox ciddi mesajdır və Azərbaycanın müstəqil inkişafına, işıqlı gələcəyinə olan inamı ifadə edir”, - deyə Elçin Mirzəbəyli bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Marius Vizer: Qoy, cüdo ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib

Rəşad Nəbiyev: Azərbaycan dünya yarışlarına ev sahibliyi edən möhtəşəm idman mərkəzinə çevrilib

Məryəm Əlizadə: Azərbaycan teatrı zamanla birlikdə addımlamalıdır

Amin Məmmədov: Arpa və Vorotan çaylarının çirkləndirilməsi Azərbaycan üçün ekoloji risk yarada bilər

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB

Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır

Özbəkistanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb

Lətif Kərimov yaradıcılığı: Azərbaycan milli-mədəni kimliyinin tarixi kontekstində

Qazaxıstanda cinayətlərin sayı azalıb

Polşa portalı “ADEX 2026” sərgisindən yazıb

Şotlandiyada şəxsi ada 350 min funt sterlinqə satışa çıxarılıb

Azərbaycan və Belarus arasında idman əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Masallıda 300 güləşçinin qatıldığı turnir başa çatıb

Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib VİDEO

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib VİDEO

Qarabağda və Şərqi Zəngəzurda müəllim olmaq böyük qürurdur - Şahin Bayramov

Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı baş tutub

Azərbaycanın beynəlxalq idman tədbirlərinə ev sahibliyi etmək təcrübəsi yüksək qiymətləndirilib

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb VİDEO

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb VİDEO

Londonun mərkəzində genişmiqyaslı elektrik kəsintisi baş verib

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir VİDEO

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir VİDEO

Çinin 23 vətəndaşı Azərbaycanda magistratura və doktorantura təhsili alacaq

Türkiyədəki Roma dövrünə aid eksponatlar Kopenhagendə sərgilənir

Naxçıvanda uzunluğu 17,5 kilometr olan avtomobil yolları yenilənir VİDEO

Naxçıvanda uzunluğu 17,5 kilometr olan avtomobil yolları yenilənir VİDEO

Magistraturada 195 nəfər ödənişsiz təhsil almaq hüququ qazanıb - DİM-də əlavə müsabiqənin nəticələri

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası olacaq

Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb

Norveçdə süni intellekt eynəklərinin istifadəsinə müvəqqəti qadağa qoyulur

Mingəçevir Dövlət Universitetində yeni laboratoriyalar istifadəyə verilib

İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib

Alparslan Bayraktar: Enerjidaşıyıcılarının Türkiyə ərazisindən ixracı İraq, Küveyt və Qətər üçün alternativdir

Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Azərbaycan ilə Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb VİDEO

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb VİDEO

Firəngiz Xəlilova: Musiqi müəlliminin əsas vəzifəsi tələbədə sənətə həqiqi sevgi yaratmaqdır

Moldova 2030-cu ildə Aİ-yə üzv olmaq niyyətindədir

Gənc Tamaşaçılar Teatrında “Qodo həsrətində” adlı tamaşanın premyerası olacaq

Musiqini öyrətmək və sevdirmək: Pedaqoqun əsl missiyası nədir?

Fransada şagirdlərin etirazları səbəbindən yüzlərlə məktəb bağlanıb

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

ANAMA: Ötən həftə 1144,9 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib

“Aeroflot” Moskvadan Bakıya reyslərin sayını artıracaq

Alimlər başqa planetlərdən götürülən nümunələrdə Yerdəki həyat əlamətlərini aşkar edəcəklər

Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar

Güclü iqtisadiyyat və həmrəy cəmiyyətin vəhdəti ŞƏRH

Elmi düşüncə sual vermək və araşdırmaqla formalaşır – Gülnar Qəmbərova

Azərbaycanın təhlükəsizlik siyasəti bundan sonra da əsas prioritetlər sırasındadır ŞƏRH