“ELEKTRON BƏLƏDİYYƏ” PROQRAMININ QƏBUL EDİLMƏSİ TƏKLİF OLUNUR
“Dəyirmi masa” iştirakçılarının ümumi rəyinə görə, hazırda sənədlərin elektron şəkildə saxlanması, mübadilə şəbəkəsinin yaradılması, məlumatların ümumi müyəssərliyi və s. nəzərdə tutan “Elektron bələdiyyə” dövlət proqramının qəbul edilməsinə ehtiyac var. Dövlət müəssisələrinin il ərzində, bələdiyyələrin isə 3 il ərzində öz saytlarını yaratmasını nəzərdə tutan bu proqramı “Elektron hökumət” Dövlət Proqramı çərçivəsində həyata keçirmək olar.