Elen Lövasör: Müasir şəhərlərin əsas problemi iqlim dəyişikliyi ilə mübarizədir VİDEO
Bakı, 22 may, AZƏRTAC
Müasir dövrdə şəhərlərin qarşısında duran ən böyük problemlərdən biri iqlim dəyişiklikləri ilə mübarizə aparmaq, eyni zamanda mənzil böhranına cavab verməkdir.
Bunu AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Kanadanın “Kvebek Sərhədsiz memarlıq” təşkilatının proqram direktoru Elen Lövasör söyləyib.
İqlim dəyişiklikləri ilə mübarizə aparmaq istiqamətində daha çox tərəfdaşlıq qurulmasının vacibliyini diqqətə çatdıran Elen Lövasör deyib: “Həm hökumətlərlə, həm yerli təşkilatlarla, həm də icma təşkilatları ilə birlikdə çalışmaq vacibdir ki, heç kim diqqətdən kənarda qalmasın”.
Müxbir - Fidan Əlizadə
Videooperator- İlham Nadirov