Ələt qəsəbəsində yeni aeroport inşa olunacaq VİDEO
Bakı, 8 oktyabr (AZƏRTAC). Gələcəkdə Ələt qəsəbəsində yeni aeroportun, dəmir yolunun inşası, avtomobil nəqliyyatının inkişafı bu qəsəbənin şəhərə çevrilməsinə zəmin yaradır.Bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev AZƏRTAC-a müsahibəsində söyləyib.
Qaradağ rayonu ərazisində Bakı Dərin Özüllər Zavodunun, Səngəçal terminalının, sement zavodunun və digər sənaye müəssisələrinin fəaliyyət göstərdiyini vurğulayan şöbə müdiri, Ələt qəsəbəsində inşa olunan Beynəlxalq Dəniz Ticarət Limanının əhəmiyyətini də xüsusi qeyd edib. O deyib ki, qəsəbə gələcəkdə ayrıca şəhər kimi inkişaf edəcək. Çünki Ələtdə Beynəlxalq Dəniz Ticarət Limanının salınması, logistik mərkəzin formalaşması istər-istəməz onun ayrıca şəhər kimi idarə olunmasını zərurətə çevirəcək.
C.Qocayev deyib ki, Ələt qəsəbəsində inşası nəzərdə tutulan aeroport bir neçə məsələni həll edəcək. Bu, həm sərnişin, həm də yükdaşımada paytaxtın üzərinə düşən yükü azaldacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]