Elm və təhsil naziri Salyanda vətəndaşların müraciətlərini dinləyəcək
Bakı, 2 oktyabr, AZƏRTAC
Elm və təhsil naziri Emin Əmrullayev oktyabrın 31-də Salyan şəhərində vətəndaşların müraciətlərini dinləyəcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qəbulda Salyan, Şirvan, Hacıqabul, Neftçala və Biləsuvar sakinləri iştirak edə bilərlər.
Adları çəkilən şəhər və rayonların sakinləri oktyabrın 17-si saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.
Qəbulda iştirak üçün qeydiyyat mütləqdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:45]
Muzeydə Səməd Vurğun yaradıcılığına həsr olunmuş elmi seminar
- 02.10.2026 [18:31]
DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb
- 02.10.2026 [17:55]
Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək
- 02.10.2026 [17:43]
Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər
- 02.10.2026 [17:37]