Elmar Allahverdiyev: Şirin kartof ölkəmizdə də asanlıqla yetişdirilə bilər
Bakı, 11 oktyabr, AZƏRTAC
Latınca adı “Ipomoea batatas” olan şirin kartofun Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda sınaq və seleksiya işləri uğurla həyata keçirilir.
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu Publik hüquqi şəxsin İdarə Heyətinin sədri Elmar Allahverdiyev AZƏRTAC-a bildirib ki, “Batat” adlanan bu kartof insan səhhəti üçün çox xeyirlidir: “Dadına görə bu kartofa şirin kartof deyilir. Tərkibi qida elementləri ilə olduqca zəngindir. Bitki özü xəstəliklərə davamlıdır, məhsuldardır, asanlıqla artırıla biləndir. Ən böyük istehsal və istehlakçısı Çin hesab olunur. Ölkəmizdə də asanlıqla yetişdirilə bilər”.