Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elmir Hüseynov: Məqsədimiz dünyada yeni yaranan sirk tendensiyalarına cavab verməkdir

Bu gün Ümumdünya Sirk Günüdür

Bakı, 17 aprel, Məmməd Məmmədli, AZƏRTAC

Hər il aprelin üçüncü şənbə gününü dünya sirk ictimaiyyəti Ümumdünya Sirk Günü kimi qeyd edir. Bu əlamətdar günün təşəbbüskarları Avropa Sirk Birliyi və Beynəlxalq Sirk Federasiyası olub. İlk dəfə bu əlamətdar tarix 2010-cu ildə qeyd olunub. Elə həmin ildən də Ümumdünya Sirk Gününün keçirilməsi fikri 30-dan çox ölkə tərəfindən dəstəklənib və sonrakı illərdə bu təşəbbüsə qoşulanların sayı artıb. Bakı Dövlət Sirki də bu təşəbbüsü dəstəkləyənlər sırasında olub. Təəssüflər olsun ki, artıq iki ildir koronavirus pandemiyası səbəbindən bu əlamətdar gün qeyd edilmir. AZƏRTAC-ın əməkdaşı Bakı Dövlət Sirkində olub, qurumun direktoru Elmir Hüseynovla görüşüb, sirkdə görüləcək gələcək işlərlə bağlı onun fikirlərini öyrənib.

Əvvəlcə Azərbaycanda milli sirk sənətinin tarixinə toxunan Elmir Hüseynov deyib ki, bu sənətin tarixi çox qədimdir. Hələ qədim zamanlardan “Çövkən”, “Zorxana” kimi milli xalq oyunlarında, cıdır yarışlarında, kəndirbazların və pəhləvanların çıxışlarında bugünkü peşəkar sirkin güc jonqlyorluğu, kəndirbazlıq, akrobatika və digər janrların elementləri mövcud olmuşdur. İlk peşəkar sirk Azərbaycanda XIX əsrin 90-cı illərində məşhur Nikitin qardaşları tərəfindən tikilmişdi. Taxtadan tikilmiş həmin sirk binası az sonra yanır. 1905-ci ildə isə şəhərin başqa ərazisində yeni sirk binası tikilərək istifadəyə verilir. 1945-ci ildə ilk dəfə olaraq Azərbaycanın milli sirk truppası yaradılıb. Truppa yalnız sirk nömrələrindən ibarət olmayıb, tərkibinə estrada və balet artistlərinin çıxışları da salınmışdı. 1946-cı il iyunun 12-də Bakı Dövlət Sirkində Azərbaycanın peşəkar sirk artistlərindən ibarət ilk milli sirk tamaşasının premyerası oynanılıb. Bütün çətinliklərə baxmayaraq, azərbaycanlı sirk artistlərinin əzmkarlığı və ustalığı sayəsində milli sirk proqramı çox möhtəşəm alınmışdı. “Azərbaycan toyu” adlanan bu proqram təkcə sirk sənətinin deyil, bütövlükdə Azərbaycanın milli mədəniyyətinin zənginliyini, rəngarəngliyini və gözəlliyini əks etdirirdi. 1967-ci ildə Bakı Dövlət Sirkinin hazırkı binası istifadəyə verilib. Həmin dövr üçün texniki imkanlarına görə müasir sayılan bina memarlıq baxımından əksər dünya sirkləri ilə rəqabət aparmağa qadir idi.

Bakı Dövlət Sirkinin direktoru daha sonra deyib: “Bakı sirki bu gün də paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının ən çox üz tutduqları mədəni məkanlardandır. Tamaşaçılar buraya dünya sirk sənətinin parlaq nümunələrini, məşhur sirk artistlərinin çıxışlarını izləmək üçün gəlirlər. Son illər Bakı Dövlət Sirkində əsasən Rusiya və Ukrayna sirk kollektivləri çıxış ediblər və paytaxt tamaşaçıları onların proqramlarını maraqla izləyiblər. 2019-cu ildə Bakıya gətirilən ağ pələnglər xüsusilə möhtəşəm olub. “Talisman” adlı sirk-şou həyəcanverici və təbəssüm gətirən rəngarəng nömrələrlə tamaşaçıları əyləndirib.

İndi müasir sirk tamaşalarının səs, işıq tərtibatı prinsipləri, tamaşaların quruluşuna olan estetik tələblər də əsaslı şəkildə dəyişmişdir. Bu çatışmazlığı aradan qaldırmaq üçün sirkdə icarəyə götürməklə müxtəlif əlavə səs avadanlığından, effektli işıq-lazer sistemlərindən, müxtəlif müasir qurğulardan istifadə olunur. Ancaq bina kənardan nə qədər orijinal görünsə də, əsaslı şəkildə təmirə ehtiyacı var. Köhnə tikili olduğundan müasir standartlara cavab vermir. Belə ki, binada havalandırma, isitmə sistemi olmadığından uşaqlar əziyyət çəkir. Onlar nümayiş olunan tamaşaları nə qədər sevsələr də, çıxışları rahat şəkildə izləyə bilmirlər. Son illər ölkəmizdə bir çox mədəniyyət müəssisələri ən müasir tələblərə uyğun olaraq təmir edilir və ya yenidən qurulur. Bu mənada möhtəşəm memarlıq nümunəsi olan Bakı Dövlət Sirkinin funksional xüsusiyyətlərinin genişləndirilməsi, müasir vasitələrlə təchiz olunması, təbii ki, Azərbaycanda milli sirk sənətinin inkişafına öz təsirini göstərəcək.

Ümumiyyətlə, biz sirkə yeni nəfəs gətirmək niyyətindəyik. Heç kimə sirr deyil ki, Avropanın əksər ölkələrində heyvanlar daha sirkdə iştirak etmir. Onları bu cür istismar etmək cəmiyyət tərəfindən qəbul olunmur. Hazırda dünyada yeni növ sirk yaranıb ki, bizim tutduğumuz istiqamət də belə tendensiyalara cavab verməkdir. Bu gün dünya sirklərində yeni trendlər mövcuddur. Kanadanın “Dyu Soley” sirki dünyanın aparıcı ölkələrində nümayəndəlikləri olduğundan öz tamaşaları ilə bütün dünyanı dolaşır. “Mümkün deyil - sadəcə sözdür” devizi ilə fəaliyyət göstərən sirkin əyləncəli tamaşaları şou ilə zəngin, dramaturji yükü kimi özəlliklərə malikdir. Dünyada məşhur olan digər sirk - Amerikanın “Böyük alma”sı klassik sirk tamaşaları çərçivəsində fəaliyyət göstərir. Onun hər bir tamaşası teatr quruluşuna malikdir. Avstriyanın nisbətən cavan, lakin dünya şöhrətli “Oz” sirki akrobatik nömrələri, müasir musiqi və teatr quruluşunun uğurlu sintez nümunəsi hesab edilir. İstəyirik, sirkimiz də digər sirklərdən milli koloritinə görə seçilsin. Biz milli ənənələrimizi müasir sintezdə yaratmaq niyyətindəyik. Bunun üçün Azərbaycan sirkinin milli truppa ənənələri bərpa olunmalı və milli sirk nümunələri yaradılmalıdır. Əlbəttə, tamaşalarımızı kəndirbazlar, pəhləvanlar müşayiət edəcək, sirkin öz orkestri olacaq. Bizim fikrimiz indi sirkin kollektivini formalaşdırmaqdır. Artıq iş strukturumuz təsdiq olunub, inzibati heyəti kiçiltmişik, yaradıcı heyətin sayını artırmışıq, orkestr yaratmışıq. Janrlar üzrə artistlər də bəllidir. Burada illüziya, akrobatika, hava və parter gimnastikası, jonqlyorluq, bir sözlə, janrın bütün növləri olacaq.

Klounlar müasir sirk proqramlarının ayrılmaz və əvəzolunmaz hissəsidir. Onlar proqramlar arasında tamaşaçıları maraqlı səhnələrlə əyləndirir, fasiləni daha da maraqlı edirlər. Digər tərəfdən, tamaşaçıların daim dəyişən zövqünü oxşamaq üçüm müasir sirklər repertuarın janr müxtəlifliyini genişləndirir və mütəmadi olaraq yeni proqramlar hazırlayır. Bu səbəbdən janrlardan proqramda istifadə olunması dövrün tələbidir”.

Tezlikdə dünyanın çənginə alan koronavirus bəlasının sona çatacağına inamını ifadə edən Bakı Dövlət Sirkinin direktoru Elmir Hüseynov bildirib ki, pospandemiya dövrü üçün Bakının və bölgələrimizin idman-konsert salonlarında konsert proqramları, səhnələşdirilmiş küçə paradları təşkil etmək fikrindədirlər: “Pandemiya şəraitində kütləvi tədbirlərə qadağalar qoyulduğundan sirkdə heç bir tamaşa təşkil olunmur. Bu səbəbdən sirkin arenasında yalnız müvafiq icazələrlə proqram və klip çəkilişləri aparılır”.

Qeyd edək ki, Ümumdünya Sirk Günü ilə əlaqədar Bakı Dövlət Sirkində qocaman sirk ustaları ilə görüş keçirilib, sirkin müasir durumu və gələcəkdə görüləcək işlər müzakirə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub

Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb

AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində olub

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir

Emre Diner: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqelərini gücləndirir

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Böyük Britaniya qışın sonuna qədər qaz ehtiyatlarının tükənməsi riski ilə qarşılaşa bilər

İcraçı direktor: Enerji və ətraf mühit məsələlərinə vahid yanaşma Xəzər dənizinin sağlam ekosistemi üçün əsas şərtdir

Kubalı idmançı Azərbaycanda reabilitasiya keçərək uğurlu nəticə əldə edib

® Mərkəzi Gömrük Hospitalının həkimi beynəlxalq konfransda çıxış edib

İlham Məmmədzadə: Azərbaycanın beynəlxalq təşkilatlarda sədrlik etməsi yeni əməkdaşlıq imkanları yaradır

Qazaxıstanlı mütəxəssis: Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub YENİLƏNİB VİDEO

Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxışının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb

Sadır Japarov MDB ölkələrinin liderlərini 2027-ci ildə Bişkekdə keçiriləcək Qlobal Dağ Sammitinə dəvət edib

Azərbaycanda orta ixtisas təhsili müəssisələrində elmi potensial: son rəqəmlər

Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Mövsüm dəyişdi, öskürək epidemiyası başladı: xalq təbabətindən unudulmuş reseptlər

MDB dövlət başçıları tarixi yaddaşın qorunmasına dair Bəyanat qəbul ediblər

Xəzərin iki sahilindən formalaşan yeni siyasi xətt: Azərbaycan və Mərkəzi Asiya

Bakıda Avropa Su İdmanı Federasiyasının inklüzivliyə həsr olunmuş konfransı baş tutub

Azərbaycanlı professor “Çingiz Aytmatov” medalına layiq görülüb

Arıçı Ağadadaş Abbasov: Bu peşədə hər fəslin özünəməxsus çətinliyi var

Azərbaycan və Mərkəzi Asiya dövlətləri münasibətləri ortaq inkişaf məqsədləri üzərində qurulur ŞƏRH

Yeni səyahət marşrutları və təcrübələr: Turizm mütəxəssisləri cənub regionunda

BDU-da təlim: Süni intellekt müəllimin köməkçisi kimi

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib  YENİLƏNİB VİDEO

“AI for Engineers” təlim proqramına müraciətlərin qəbuluna başlanılır

Prezident İlham Əliyevin xarici siyasət strategiyası: güclənən mövqelər, dərinləşən tərəfdaşlıq

Qazaxıstan Prezidenti Trans-Xəzər marşrutunu ölkəsi üçün prioritet istiqamətlərdən biri adlandırıb

BMU-da elmi tədqiqatların beynəlxalq platformalara inteqrasiyası diqqət mərkəzində olub

Müntəzəm avtobus marşrutlarında nağdsız ödənişlərin payı 89 faizə çatıb

Qahirənin nüfuzlu jurnalında azərbaycanlı alimin kitabı haqqında yazı dərc olunub

Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar

Bakının yol qovşaqlarından birində nəqliyyatın hərəkəti üç gecə tam məhdudlaşdırılacaq

İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub

Naxçıvan Sənaye Parkının fəaliyyətinin təşkili istiqamətində görülən işlər nəzərdən keçirilib

Xalq artisti Nəsibə Zeynalovanın 110 illiyi Daşkənddə “Qaynana” tamaşası ilə qeyd olunub VİDEO

Xalq artisti Nəsibə Zeynalovanın 110 illiyi Daşkənddə “Qaynana” tamaşası ilə qeyd olunub VİDEO

® “PAŞA Bank” həssas qruplardan olan gənclərin inkişafına dəstək göstərir

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Emsa Fazliç: Xocalı əhalisinin çəkdiyi əzablar bizi çox kədərləndirir VİDEO

Emsa Fazliç: Xocalı əhalisinin çəkdiyi əzablar bizi çox kədərləndirir VİDEO

AIIB Azərbaycanda yaşıl enerji layihələrinə qrant ayıracaq

Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək

Azərbaycan komandası beynəlxalq kibertəhlükəsizlik yarışında üçüncü yeri tutub

Süni intellektin fundamental hüquqlara təsiri ilə bağlı fikir mübadiləsi aparılıb VİDEO

Süni intellektin fundamental hüquqlara təsiri ilə bağlı fikir mübadiləsi aparılıb VİDEO

Prezident: Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir VİDEO

Prezident: Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir VİDEO

Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur

Yaponiyada qida istehlakı vergisi azaldılır

İsraildən olan turistlər Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət ediblər

Prezident: Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir VİDEO

Prezident: Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir VİDEO

® “Silk Way West Airlines” “CargoAi” vasitəsilə rəqəmsal bronlaşdırma imkanlarını genişləndirir

Azərbaycan Prezidenti: Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər VİDEO

Azərbaycan Prezidenti: Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər VİDEO

Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir

Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb

Azərbaycan beynəlxalq nəqliyyat dəhlizləri üzrə mövqeyini möhkəmləndirir - ŞƏRH

Son 9 ayda yol-nəqliyyat hadisələri zamanı 9 velosipedçi ölüb, 8-i yaralanıb – BDYPİ çağırış edib

Mərkəzi Bankın nümayəndə heyəti Almaniyanın bank nəzarəti təcrübəsini öyrənir

Filippinli səyyah: Kəlbəcərə səfər mənim üçün çox maraqlı təcrübə oldu

Prezident: Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir VİDEO

Prezident: Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir VİDEO

Amerikalı turist: Xudavəng monastırı məndə xoş təəssürat yaradıb