Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elnur Məmmədov: Azərbaycan tərəfi mümkün olan bütün beynəlxalq hüquq prosedurlarına müraciət edir

Elnur Məmmədov: Azərbaycan tərəfi mümkün olan bütün beynəlxalq hüquq prosedurlarına müraciət edir

Bakı, 21 oktyabr, Səlim Rəhimzadə, AZƏRTAC

Bilirsiniz ki, Vətən müharibəsindən sonra Azərbaycan ərazilərinin 30 ilədək Ermənistan tərəfindən hərbi işğalı nəticəsində ortaya çıxan bir neçə beynəlxalq hüquq öhdəliyinin pozulması faktları ilə bağlı beynəlxalq məhkəmələrə müraciət edib. Əvvəla, onu qeyd edim ki, bu, yalnız bir beynəlxalq məhkəmə deyil, bir neçə beynəlxalq məhkəmədir. Bunun səbəbi odur ki, burada baş vermiş beynəlxalq hüquq pozuntuları bir beynəlxalq konvensiyanın deyil, bir neçə beynəlxalq konvensiyanın predmetinə aiddir. Bu baxımdan müxtəlif beynəlxalq məhkəmələrə müraciət edilib və hər məhkəmənin yalnız bir beynəlxalq konvensiya çərçivəsində ortaya çıxan hüquq pozuntularına qiymət vermək səlahiyyəti var. Düşünürəm ki, bunu ümumilikdə əvvəlcədən başa düşmək çox vacibdir və Azərbaycan tərəfi beynəlxalq hüquqa əsasən, onun ixtiyarında olan bütün beynəlxalq hüquqi normalardan istifadə edərək bir neçə belə müraciət edib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.

Nazir müavini qeyd edib ki, cari ilin yanvarında Azərbaycan tərəfi İnsan Hüquqları üzrə Avropa Məhkəməsində Ermənistana qarşı dövlətlərarası şikayət verib. Azərbaycan vətəndaşlarının İnsan hüquqları və əsas azadlıqlarının qorunması haqqında 1950-ci il Avropa Konvensiyasına əsasən hüquqlarının Ermənistan tərəfindən davamlı şəkildə və uzun müddət ərzində pozulması faktları həmin şikayətdə öz əksini tapıb. Qeyd etmək lazımdır ki, şikayət həm Birinci Qarabağ müharibəsində başlayan və davam edən hüquq pozuntuları, eyni zamanda, 30 ilə yaxın müddət ərzində qanunsuz hərbi işğal zamanı başlayan və sonradan davam edən hüquq pozuntuları, həmçinin Vətən müharibəsi zamanı törədilmiş hüquq pozuntularını özündə ehtiva edir. Qeyd etdiyimiz kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsində bu işə məhz 1950-ci il Avropa Konvensiyasında təsbit edilmiş hüquqların pozulması prizmasında və çərçivəsində baxılır. Ermənistan tərəfi də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edərək Azərbaycanın müraciətindən sonra fevral ayında ölkəmizə qarşı əsassız iddialar irəli sürüb. O iddialar əsasən Vətən müharibəsi dövrünə aiddir. Bu ilin sentyabrında Azərbaycan tərəfi həmin şikayətə əlavə olaraq, Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib. Bu müraciət BMT-nin “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” 1965-ci il beynəlxalq konvensiyası əsasında edilib. Azərbaycanın bu şikayətdə mövqeyi ondan ibarətdir ki, xalqımız, azərbaycanlılar Ermənistan tərəfindən uzun müddət ərzində etnik təmizləmə siyasətinə məruz qalıb. Məhz bu çərçivədə Azərbaycan vətəndaşlarının və dövlətinin hüquqları həmin konvensiya üzrə pozulub.

Elnur Məmmədov qeyd edib ki, bu müraciət əsasında da sentyabr ayında iş Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsində icraata qəbul edilib. “Burada da Ermənistan Azərbaycanın müraciəti fonunda yenə də ölkəmizə qarşı əsassız iddialar irəli sürmüş, bu il oktyabrın 14-19-da ilkin mərhələ olaraq Məhkəmə təcili və təxirəsalınmaz məsələlərlə bağlı qərarların qəbul edilməsi üçün dinləmələr keçirib. Bu dinləmələr zamanı Azərbaycan tərəfi əsasən 3 məsələni diqqətə çatdırıb: Birincisi, hərbi işğala son qoyulmasına baxmayaraq, bu gün Azərbaycan tərəfi həmin ərazilərdə işğal dövründə, eyni zamanda, təcavüzkar Ermənistan oranı tərk edən zaman basdırılmış minalardan ciddi əziyyət çəkir. Ermənistan hüquq normalarını kobud surətdə pozaraq Azərbaycan tərəfinə həmin ərazilərin minalardan təmizlənməsi üçün tam məlumatlar vermir və bunu açıq surətdə edir. Bir çox beynəlxalq təşkilatlar tərəfindən Ermənistana bununla bağlı açıq müraciətlər ünvanlanıb. Hazırkı dövrdə həmin xəritələrin Azərbaycana verilməməsinin nə hüquqi, nə də mənəvi əsası var. Bu siyasəti davam etdirməklə Ermənistan yeni bir etnik təmizləmə təzahürü ortaya qoyur. Mina xəritələrinin verilməməsinin əsas məqsədi keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıtmasının qarşısını almaqdır. Ermənistan bu mövqeyini faktiki olaraq izah edə bilmir. Eynilə də məhkəmədə izah edə bilmir ki, bunun arxasında hansı səbəblər dura bilər. Ötən il üçtərəfli Bəyanatın imzalanmasından bəri Azərbaycanın 160-dan çox vətəndaşı mina partlaması nəticəsində həlak olub və ya ciddi xəsarətlər alıb. Onlardan 65-i mülki şəxslərdir. İkincisi, Vətən müharibəsi zamanı Ermənistan ordusu tərəfindən bir neçə beynəlxalq cinayət törədilib. Bunun ən bariz nümunəsi mülki əhalinin hədəfə alınması, hərbi əsirlərə işgəncə verilməsidir. Beynəlxalq təşkilatlar tərəfindən bu məsələdə də Ermənistana açıq şəkildə müraciətlər olunmasına baxmayaraq, işğalçı ölkə bu cinayətlərin araşdırılmasını təmin etmir. Əgər məhkəmə bu işə təcili surətdə müdaxilə etməsə, bir müddət sonra həmin cinayətlərin araşdırılması mümkünsüz olacaq, çünki dəlillər olmayacaq. Üçüncüsü, Ermənistan üçtərəfli Bəyanat imzalandıqdan sonra da Azərbaycana və azərbaycanlılara qarşı açıq-aşkar nifrət ifadə edən hərbiləşdirilmiş qruplara şərait yaradır. Ermənistan hökuməti həmin hərbiləşdirilmiş təşkilatlara qarşı heç bir tədbir görmür. Bu da azərbaycanlılara qarşı hədəflənmiş bir siyasət olmaqla, 1965-ci il BMT Konvensiyasının tələblərinə ziddir.

Xarici işlər nazirinin müavini qeyd edib ki, Azərbaycan tərəfi bu 3 əsas məsələni məhkəmə qarşısında qaldırır. Ermənistan sentyabrda eyni vəsatətlə məhkəməyə müraciət ünvanlayıb və Azərbaycana qarşı müvəqqəti tədbirlərin görülməsini xahiş edib. Vəsatətdə bir neçə məsələ öz əksini tapır. Ancaq dinləmələrdən sonra aydın oldu ki, Ermənistan üçün əsas prinsipial məsələ Azərbaycanda cinayət məsuliyyətinə cəlb edilmiş erməni əsilli vətəndaşların qeyd-şərtsiz azadlığa buraxılmasıdır. Şifahi dinləmələr zamanı Ermənistan tərəfi əsas üstünlüyü bu məsələyə verdi. Azərbaycan tərəfi ölkəmizin suveren ərazisində həmin şəxslərin cinayətini təsbit edən bütün dəlil və sübutları məhkəməyə təqdim edib.

“Bundan əlavə, Ermənistan hökuməti Hərbi Qənimətlər Parkının bağlanmasını məhkəmədən tələb edir. Eyni zamanda, Azərbaycan ərazisində onlara aid olduğunu iddia etdikləri bəzi abidələrin qorunmasını xahiş edib. Bu vəsatətlərə məhkəmə tərəfindən bir neçə həftə ərzində baxılacaq. Hesab edirik ki, 4-6 həftə ərzində müvəqqəti tədbirlərlə bağlı qərar qəbul edilməlidir. Bunlar məsələnin mahiyyətini həll etmir. Bunlar sırf ilkin mərhələ ilə bağlı məhkəmə öz yekun qərarını verənədək məhkəmə tərəfindən görməli olacaq tədbirləri özündə ehtiva edir”, - deyən E.Məmmədov bildirib ki, hərbi işğaldan irəli gələn bütün məsələlərlə bağlı Azərbaycan tərəfi mümkün olan bütün beynəlxalq hüquq prosedurlarına müraciət edir. Həmçinin digər faktlar əsasında Azərbaycan tərəfi Ermənistana qarşı yeni şikayətlərin verilməsini planlaşdırır: “Bu tədbirlər sistemli şəkildə həyata keçirilir və davam etdiriləcək. Azərbaycanın mövqeyi beynəlxalq hüquqa əsaslanır. Azərbaycan hərbi işğala, Azərbaycan xalqı isə etnik təmizləməyə məruz qalmış xalqdır. Biz bu məhkəmə müraciətlərində tam haqlıyıq və ədalətin bərqərar olması üçün gücümüzü əsirgəməyəcəyik”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib