Elxan Cəfərov pencak-silat üzrə dünya çempionatının gümüş medalını qazanıb
Bakı, 13 dekabr, AZƏRTAC
İndoneziyanın Bali adasında pencak-silat döyüş növü üzrə 17-ci dünya çempionatına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, 41 ölkədən 700 idmançının mübarizə apardığı mundialda Azərbaycan millisinin üzvü Elxan Cəfərov gümüş medal qazanıb. Yarışda 55-60 kiloqram çəki dərəcəsində mübarizə aparan döyüşçümüz finaladək inamla irəliləyib. Həlledici görüşdə yerli idmançıya məğlub olan E.Cəfərov dünya çempionatını ikinci pillədə başa vurub.
Balidəki Lila Buana Arenada təşkil olunan yarışda idmançımız milli komandanın baş məşqçisi Abbas Hümbətovun rəhbərliyi altında mübarizə aparıb.