Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Əlyazmaların mühafizəsi yüksək səviyyədə təşkil olunub” - məqalə

“Əlyazmaların mühafizəsi yüksək səviyyədə təşkil olunub” - məqalə

Bakı, 23 yanvar, AZƏRTAC

1950-ci ildən müstəqil müəssisə kimi (əvvəllər Respublika Əlyazmalar Fondu) fəaliyyət göstərən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun müasir elmi-tədqiqat mərkəzi kimi təşəkkülü Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü və iradəsi ilə bu elmi-tədqiqat müəssisəsi 1982-ci ildə Bakının İstiqlaliyyət küçəsində yerləşən, tanınmış xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Müsəlman Qızlar Məktəbi üçün inşa etdirdiyi binaya köçürülüb. 1986-cı ildə müəssisə institut statusu alıb, 1996-cı ildə bu akademik quruma Məhəmməd Füzulinin adı verilib.

Bu fikirlər AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş mühafizi filologiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Əhmədovanın “Əlyazmaların mühafizəsi yüksək səviyyədə təşkil olunub” başlıqlı məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrini - tibb və astronomiya, riyaziyyat və mineralogiya, poetika və fəlsəfə, teologiya və hüquqşünaslıq, qrammatika, tarix və coğrafiya, bədii nəsr və poeziyanı əhatə edən Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir. İndi Əlyazmalar İnstitutunda 40 mindən artıq material vardır. Bunlardan 12 minə qədəri ərəb qrafikalı əlyazmalardır ki, IX-XX əsrlərdə yazılmış və ya üzü köçürülüb. Bundan başqa, institutda XIX-XX əsrlərdə yaşamış Azərbaycanın görkəmli elm və mədəniyyət xadimlərinin şəxsi arxivləri, tarixi sənədlər və fraqmentlər, əski çap kitabları, XIX əsr-XX əsrin əvvəllərinə aid mətbuat nümunələri, mikrofilm və fotosurətlər mühafizə edilməkdədir.

Əlyazmalar İnstitutunda qorunan ən qədim əlyazma IX əsrə aid edilən dəri üzərində yazılmış müqəddəs Qurani-Kərimin “Ən-Nisa” surəsinin bir neçə ayəsidir. Bu əlyazmadan başqa Əlyazmalar İnstitutunda Əbu Əli ibn Sinanın “Tibb qanunları”, Əbdül Qasım Əl-Zəhravinin “Cərrahiyyə və cərrahi alətlər haqqında” və “Otuzuncu traktat”, Rüstəm Cürcaninin “Nizamşahın azuqələri”, Şeyx Mahmud Şəbüstərinin “Gülşəni-raz”, Nəsiminin “Divan”, Sədinin “Bustan” və s. bu kimi əsərlərin XII-XV əsrlərdə köçürülmüş nüsxələri saxlanılır.

Əlyazmalar İnstitutunun saxlanclarında çox qədim və maraqlı eksponatlar, nadir əlyazmalar qorunur. Məsələn, dəri üzərində “Quran” surəsi, balıqqulağı üzərində “Quran” ayəsi, Xurşidbanu Natəvanın “Gül dəftəri” albomu, şairənin şəxsi qələmi və qələmdanı, XIX əsrin ortalarına aid ipək parça üzərində afişa, Əmir Teymurun dövrünə aid astronomik alət (üsturlab), perqament üzərində ornamentlər, Sultan Süleyman və Şah Abbasa aid fərmanlar, qədim möhürlər, həmçinin nəfis tərtibatlı müxtəlif “Quran” kitabları fondda mühafizə olunan ən qədim eksponatlardandır.

Qədim sənədlər temperaturun və rütubətin dəyişməsinə son dərəcə həssasdır, birbaşa günəş işığını sevmir və müxtəlif zərərvericilərin - həşəratların və mikroorqanizmlərin təsirinə məruz qala bilir. Qədim əlyazmaların saxlanması üçün əlverişli mikroiqlim yaratmaqdan ötrü xüsusi kondisionerlər, həmçinin dezinfeksiya şkafları, əlyazmaları həşəratlardan qorumaq üçün kimyəvi maddələr, zədələnmiş kitabların bərpası üçün xüsusi materiallar və s. tətbiq olunur.

Əlyazmalar İnstitutunda qorunan yazılı abidələr kağız üzərində yazıldığı üçün bu əlyazmaların qorunub saxlanması o qədər də asan bir məsələ deyil. Çünki kağız bir müddətdən sonra köhnəlir, cırılır, orda yazılar oxunmaz hala düşür. Bu əlyazmaları qorumaq, bərpa etmək institutun fəaliyyət istiqamətlərindən biridir. Əlyazmaların ömrünün uzadılması üçün müxtəlif kimyəvi preparatlardan və texniki üsullardan istifadə edilir. Qədim əlyazmaların gigiyenası, konservasiyası və bərpası xüsusi mikromühitə uyğunlaşdırılmış saxlanclarda və laboratoriyada həyata keçirilir. İnstitutda saxlanılan bütün əlyazma və çap materialları elmi əsaslarla təmizlənir, rejimli mühafizə-konservasiya mühitində qorunur, zədələnmiş və bərpaya ehtiyacı olan vərəqləri bərpa olunur və yenidən saxlanca qaytarılır, yeni alınan materiallar isə xüsusi karantin şəraitində saxlanıldıqdan və zərərvericilərdən təmizləndikdən sonra əlyazma fonduna daxil edilir.

İnstituta təqdim edilən əlyazmalar əvvəlcə təmizlənmə prosesindən keçir və dezinfeksiya aparatında saxlanılır. Kitabın vəziyyətindən asılı olaraq, 3-7 gün ərzində təmizlənmədə qalan vərəqlər xüsusi maye ilə yuyulur. Vərəqlərin tərkibi korlandıqda onlara sellüloz adlı maddə əlavə olunaraq bərkidilir və sonra bərpa prosesinə yönəldilir. Mütəxəssislər tərəfindən kağızın növü və üslubu təyin olunur. Bərpa prosesində əsasən keyfiyyətli yapon kağızlarından istifadə edilir. Qədim əlyazmaların, əski kitabların cildləmə prosesində isə şirazə adlanan köhnə üsuldan istifadə edilir. Əlyazma nüsxələrinin cildləri əslinə uyğun bərpa edilir. Bu zaman orta əsrlərdə istifadə edilən texnologiyalar tətbiq edilir.

Onu da qeyd edək ki, institutun fondlarındakı əlyazma abidələrinin istifadəsini asanlaşdırmaq, mühafizəsini təmin etmək, onları gələcək nəsillərə çatdırmaq məqsədilə əlyazmalar rəqəmsallaşdırılır, sistemləşdirilərək elektron kitabxanası yaradılır. Rəqəmsallaşdırılmış əlyazmalar uzun müddət saxlama və istifadə üçün multimedia disklərinə köçürülür. Əlyazmaların elektron versiyası xüsusi foto cihazlar vasitəsilə yaradılır. İnstitutda əlyazmaların elektron kataloqu və nadir, nəfis, qiymətli əlyazmaların elektron kitabxanasının yaradılması işi də müasir tələblərə uyğun həyata keçirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya birjalarında neftin qiyməti artıb

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb