Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işğaldan azad edilməkdə olan ərazilərimizdə göstərəcəyi xidmətlər
Bakı, 3 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işğaldan azad edilməkdə olan ərazilərimizdə göstərəcəyi xidmətlərlə bağlı ilkin statistikanı təqdim edir.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Silahlı Qüvvələrimizin uğurlu hərbi əməliyyatları nəticəsində işğaldan azad edilməkdə olan torpaqlarımızda öz fəaliyyət istiqamətləri üzrə hər kəsi xidmətləri ilə əhatə edəcək.
O GÜN UZAQDA DEYİL...
QƏLƏBƏ BİZİMLƏDİR!