Emin Mahmudov: Azarkeşlərimizi qələbə ilə sevindirmək istəyirik
Bakı, 10 iyun, AZƏRTAC
“Bizi yaxşı rəqiblə oyun gözləyir”.
AZƏRTAC xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan millisinin kapitanı Emin Mahmudov Qazaxıstan yığmasına qarşı keçirəcəkləri beynəlxalq yoldaşlıq oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.
32 yaşlı yarımmüdafiəçi rəqibin müdafiədə yaxşı təsir bağışladığını və sürətli əks-hücumlara keçdiyini bildirib: “Son illər inkişaf ediblər. İki il əvvəl onlarla qarşılaşmışdıq. Eyni səviyyədə oyun göstərmək və qələbə qazanmaq istəyirik. Milli komandanın forması altında hər matça qalibiyyət üçün çıxmalıyıq. Sabahkı görüşdə də azarkeşlərimizi qələbə ilə sevindirmək istəyirik”.
Qeyd edək ki, Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.06.2026 [20:33]
Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad ediblər
- 01.06.2026 [17:29]
Kişi boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstana yollanıb
- 01.06.2026 [16:49]
AFFA-dan Uşaqlar Günündə Xankəndidə sosial aksiya
- 01.06.2026 [16:31]
“Neftçi” İdman Klubu uşaqları sevindirib
- 01.06.2026 [16:12]
Avstraliya millisinin dünya çempionatı üçün heyəti müəyyənləşib
- 01.06.2026 [15:44]