Əmlak Məsələləri Dövlət Xidməti növbəti hərrac keçirib
Bakı, 5 aprel, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aprelin 4-də növbəti hərrac keçirilib.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, özəlləşdirilən kiçik dövlət müəssisələri Şirvan şəhərində yerləşən Anbarlar sahəsi və Qazax rayonunda yerləşən Qazax ərazi yun tədarükü və qəbulu idarəsidir. Bu obyektlərin ümumi faydalı sahəsi müvafiq olaraq 2102 və 563 kvadratmetr, torpaq sahəsi isə 2316 və 16 min 700 kvadratmetrdir. Əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. 4 aprel hərracında satılan əmlaklar üzrə dövlət büdcəsinə 156 min 500 manat vəsaitin ödənilməsi nəzərdə tutulur. Hərracda özəlləşdirilən dövlət əmlaklarının siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://clck.ru/343yJW)
Məlumat üçün bildiririk ki, cari ay üzrə növbəti hərraclar aprelin 11, 12 və 18-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:19]
Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb
- 12.06.2026 [16:58]