Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Ən çox müraciət liftlərlə bağlı olur” – DÖVLƏT AGENTLİYİNDƏN REPORTAJ

Bakı, 16 dekabr, Aytac Haqverdiyeva, AZƏRTAC

Xalqımızın Ümummilli Lideri Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində əhalinin təbii və texnogen fəlakətlərdən mühafizəsinin düzgün və etibarlı təşkili məsələlərini daim diqqət mərkəzində saxlayıb.

Ulu Öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev respublikada təbii fəlakətlərin, texnogen xarakterli qəzaların və yanğınların qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması, belə hallarda xilasetmə və bərpa işləri üzrə müvafiq orqanların fəaliyyətinin vahid mərkəzdən idarə edilməsi, ölkədə mülki müdafiə işinin təşkilinin və həyata keçirilməsinin təmin olunması məqsədilə 2005-ci ildə Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılması haqqında Sərəncam imzalayıb. Beləliklə, fəlakətlərlə mübarizə işinin təşkilinə dövlət səviyyəsində sistemli yanaşmada yeni bir mərhələnin əsası qoyulub. Dövlət başçısının 2006-cı il Sərəncamına əsasən isə hər il dekabrın 16-sı ölkəmizdə FHN işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Nazirliyin yaradılması, bir sıra mühüm mühafizə və xilasetmə qurumlarının onun tərkibinə verilməsi, şəxsi heyətinin sosial vəziyyətinin, o cümlədən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, eləcə də dövlət başçısının FHN-in fəaliyyəti ilə bağlı bir sıra tədbirlərdə iştirakı bu sahəyə göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir.

Sənaye obyektlərində və dağ-mədən sahəsində texniki təhlükəsizlik tələblərinə necə nəzarət edilir?

AZƏRTAC-ın əməkdaşları FHN işçilərinin peşə bayramı günü ərəfəsində nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyində olub.

Agentliyin Hüquq şöbəsinin müdiri Akif Əfəndiyev qurumun təhlükə potensiallı obyektlərdə və dağ-mədən sahəsində texniki təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarət etdiyini bildirib:

“Həmin obyektlər özündə yüksək təhlükəni ehtiva etməklə əhali və ətraf mühit üçün təhlükə yaradan partlayış-yanğın, radioaktiv və ionlaşdırıcı şüa mənbələrinin, zəhərləyici maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadə edilməsi və ləğvi ilə məşğul olan istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlərdir. Nazirliyin müvafiq istiqamətdə nəzarət qurumu olaraq var gücümüzlə qeyd olunan mühüm vəzifələrin icrası üçün çalışırıq. Əsas fəaliyyət istiqamətimiz isə vətəndaşların vacib həyati maraqlarının təhlükə potensiallı obyektlərdə baş verə biləcək qəzalardan müdafiəsinin təmin olunmasıdır. Agentliyin strukturuna daxil olan və tabeliyində fəaliyyət göstərən 13 mərkəz, 8 region müfəttişliyi, 4 şöbə, 3 sektor var. Eyni zamanda, Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu da fəaliyyət göstərir. Qeyd olunan struktur və qurumlar vasitəsilə Agentlik təhlükə potensiallı obyektlərin dövlət reyestrini aparır, obyektlərin tikintisi, genişləndirilməsi, yenidən qurulması, texniki cəhətdən yeniləşdirilməsi, konservasiyası və ləğv edilməsi prosesində rəylərin təsdiqini təmin edir. Obyektlərdə istehsal və istifadə olunan texniki qurğuların, avadanlıqların, maşın və mexanizmlərin müvafiq standartlarda, texniki reqlamentdə və digər hüquqi-normativ aktlarda müəyyən olunmuş tələblərə uyğunluğu baxımından sertifikatlaşdırılmasının təşkilini və təhlükəsiz istismar müddətini müəyyən edir”.

Liftlər, attraksionlar, kranlarla şikayətlərin sayı artıb

Agentliyə daxil olan sorğular və şikayətlər arasında ən çox müraciətin liftlərlə bağlı olduğunu deyən A.Əfəndiyev qeyd edib ki, bütün şikayət və sorğulara adekvat cavab verilir:

“Son dövrlər liftlər, attraksionlar, kranlar, onların istismarı ilə bağlı şikayətlərin sayında artım var. Adətən bunların böyük qismi əsassız olur. Ancaq müfəttişlər şikayətlə bağlı araşdırma aparan zaman müəyyən qanunsuzluqlar aşkarlanarsa, həmin şəxslərlə bağlı müvafiq orqanlara məlumat verilir. Əhali arasından bulvardakı attraksionların yığışdırılması ilə bağlı bir çox sorğu daxil olub. Qeyd etmək istərdim ki, həmin attraksionlarda insan həyatı üçün yarana biləcək hər hansı təhlükə olmasa, təbii ki, istifadəsi davam edəcək. Bəzən avadanlıqların müəyyən hissəsində yaranan kiçik bir problem böyük fəlakətlərlə nəticələnə bilər”.

Agentlikdə rüşvətə qarşı mübarizə necə aparılır?

Müasir dövrün tələblərinin gündən-günə dəyişdiyini, sənaye və dağ-mədən sahələrinin durmadan inkişaf etdiyini qeyd edən A.Əfəndiyev bununla bağlı Agentliyin inkişafının təkmilləşdirildiyini deyib. Onun sözlərinə görə, keçmiş SSRİ dövründə istismar olunan qaldırıcı qurğular, təhlükəli yükdaşıyan nəqliyyat vasitələri ilə müasir dövrdə istismar olunanlar arasında fərq böyükdür. Bu səbəbdən bəzən keçmiş normativ tələblərdən istifadə mümkün olmur. Söhbət zamanı Agentlikdə operativlik və şəffaflığın təmin olunması istiqamətində bir sıra yeniliklərin həyata keçirildiyi də məlum oldu: “Ötən ildən etibarən “ASAN xidmət” mərkəzinin 7 saylı bölməsində Agentliyin iki ən böyük xidmət sahəsini əhatə edən “Xüsusi icazə”nin və “Dövlət reyestrindən Çıxarış”ın verilməsinə başlanılıb. 2022-ci ilin noyabrın 1-dən etibarən partlayıcı maddələr, qurğular, tezalışan maddələr və pirotexniki məmulatlar kimi mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün “Xüsusi icazə” və təhlükə potensiallı obyektlərin “Dövlət reyestrindən Çıxarış”ların verilməsinə başlanılıb. Bu ilin yanvarın 1-dən isə qeyd olunan sənədlərin verilməsi KOB evində təşkil edilir”.

A.Əfəndiyev Agentliyin rüşvətxorluq əleyhinə görülən işlərdən də danışıb: “Rüşvətin qarşısının alınması, idarəetmədə şəffaflığın artırılması məqsədilə Agentliyin “Qaynar xətt” xidməti (+994 55 512 00 31) fəaliyyət göstərir. Eyni zamanda, sahibkarların maarifləndirilməsi üçün mütəmadi olaraq regionlarda müxtəlif mövzularda seminarlar keçirilir. Seminarlar regionlarda, eləcə də Bakıda fəaliyyət göstərən iri sənaye müəssisələrinin nümayəndələrini, fərdi sahibkarları, o cümlədən müvafiq icra hakimiyyətinin orqanlarını əhatə edir. Bu tədbirlərdə sənayenin müxtəlif sahələrinin təhlükə potensiallı obyektlərində texniki təhlükəsizlik normalarına əməl olunması, baş verə biləcək qəzaların qarşısının alınması, qabaqlayıcı tədbirlərin görülməsi məsələləri müzakirə olunur”.

“Təhlükə potensiallı obyektin tikintisinə qadağa qoyulur”

Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Vüqar Xəlilov isə AZƏRTAC-a institutun ümumi fəaliyyəti barədə danışıb: “İnstitutumuz 100 ilə yaxın tarixə malikdir. Yarandığı tarixdən əməyin təhlükəsizliyi sahəsində normativ texniki sənədlərin işlənməsi, həmçinin normaların təyin olunması ilə məşğuldur. İnstitutun fəaliyyəti hazırda ölkəmizdə əməyin və texniki təhlükəsizliyin təmin edilməsi kimi bir neçə istiqaməti əhatə edir. Bunlardan ilki texniki təhlükəsizlik ekspertizasıdır. Təhlükə potensiallı obyektlərin tikintisi, quraşdırılması, onun təmiri, yenidən qurulması zamanı layihələr işlənməli və texniki təhlükəsizlik ekspertizasına tabe tutulmalıdır. Əgər layihə normativ texniki sənədlərin tələblərinə uyğundursa, heç bir problem yaranmır. Əks halda həmin təhlükə potensiallı obyektin tikintisinə qadağa qoyulur və yaxud layihədə dəyişikliklər olur”.

İnstitutda olduğumuz zaman əməyin mühafizəsi, texniki təhlükəsizlik, xilasetmə və müxtəlif peşə sahələri üzrə təlimlərin keçirildiyinin də şahid olduq. V.Xəlilov İnstitutda minə yaxın istiqamətdə təlimlərin keçirildiyini qeyd edib: “Təlimin xüsusiyyətindən asılı olaraq müddəti fərqlidir. Məsələn, əməyin mühafizəsi və texniki təhlükəsizlik təlimi 30 saatlıq, yəni beşgünlük təlimdir. Təlimə cəlb olunan şəxslər sonra müvafiq mövzular üzrə imtahanlara cəlb olunur və məqbul nəticə əldə edən iştirakçılara sertifikatlar verilir”.

FHN-in fədakarlıq və peşəkarlıq örnəkləri Qurumun şəxsi heyətinin ölkə rəhbərliyinin qarşıya qoyduğu vəzifələri daha yüksək keyfiyyətlə, operativ və sədaqətlə yerinə yetirməyə hər an hazır və qadir olduğunu deməyə əsas verir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstanda “kəsilmiş hər bir ağaca görə beş ağac” qaydasının tətbiqi təklif edilir

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir

Bakı Limanı: Super infrastrukturun inkişafı ilə bağlı çağırışlar logistika şirkətlərinə də aiddir

Ramil Məmmədli: Azərbaycan Ordusunun gücü ilə əldə edilən Zəfər dövlətin quruculuq siyasəti ilə möhkəmləndirilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan məktəbliləri 3 medal qazanıblar

“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər

Britaniyalı nazir: Azərbaycan məlumat infrastrukturu üzrə iddialı planlar həyata keçirir

Ceyhun Bayramov ABŞ rəsmisini regional məsələlər barədə məlumatlandırıb

Professor İlham Məmmədzadə: Azərbaycanın yeni inkişaf modelində suverenlik mərkəzi strateji dəyərdir

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO

Səbinə Əliyeva: BMT ilə insan hüquqları sahəsində əməkdaşlığın inkişafı vacibdir

ADY: Orta Dəhlizin inkişafında koordinasiya və əməkdaşlıq əsasdır

Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir

Fizika üzrə Nobel mükafatı laureatının adı açıqlanıb

Nazir müavini: Azərbaycanın hava məkanından tranzit uçuşların sayı çoxalıb

Azərbaycan-Britaniya əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün Fəaliyyət Planında 60-dan çox tədbir nəzərdə tutulub VİDEO

Azərbaycan-Britaniya əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün Fəaliyyət Planında 60-dan çox tədbir nəzərdə tutulub VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO

Pərviz Şahbazov: Böyük Britaniyanın Azərbaycana olan investisiyalarının həcmi 39 milyard dolları ötür VİDEO

Pərviz Şahbazov: Böyük Britaniyanın Azərbaycana olan investisiyalarının həcmi 39 milyard dolları ötür VİDEO

Rəşad Həsənov: Orta Dəhlizin imkanları genişləndirilir

Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçilib

Nazir: Azərbaycan ilə Böyük Britaniyanın tranzit yükdaşımalarının həcmi 14 faiz artıb

Nazir müavini: Azərbaycanın nəqliyyat və rəqəmsal imkanları vahid bağlantılılıq konsepsiyasında birləşir

Tbilisidə nazirlər səviyyəsində dialoq: iqlim investisiyaları və regional əməkdaşlıq

Strateji neft ehtiyatlarının azalması qiymətlərin 100 dollardan yuxarı qalacağını deməyə əsas verir

“E-Bələdiyyə” tətbiqi istifadəyə verilib

Beynəlxalq Astronavtika Konqresində “Sülh üçün Kosmos-Antalya Deklarasiyası” qəbul edilib

Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb

19 yaşlı müəllim Fidan Əliyeva: İnsan özünü işində göstərdikcə yaş məsələsi tədricən arxa plana keçir

Müəyyən dövlət müəssisələrinin birbaşa özəl kapitala açılması hədəflənir

Rusiyanın Qara dənizdə mülki gəmiyə hücumu nəticəsində ölən və yaralananlar var

Azərbaycan İstanbul İqtisadi Forumunda təmsil olunacaq

“Bakıya uçuş. İncəsənət həftəsonu”: İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir

“YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışındakı əsas mesajlar” - DİA-da dəyirmi masa

Rafik Danakari: Ağoğlan monastırı Azərbaycan xalqının irsidir

Doqquz ayda dəmir yolları ilə 8,5 milyonadək sərnişin daşınıb

Azərbaycan Standartlaşdırma İnstitutu və Türkiyə Standartlar İnstitutu 2026-2027-ci illər üçün Fəaliyyət Planı imzalayıb

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

QHT sədri: 2027-ci il sosial siyasətdə yeni mərhələnin başlanğıcı olacaq

Qazaxıstan Oman limanları vasitəsilə ticarət dəhlizini inkişaf etdirmək niyyətindədir

Professor: Sülh sazişləri təkcə beynəlxalq hüquqa deyil, həm də dövlətlərin konstitusion sistemlərinə əsaslanır

Elza Səmədova: Builki Astronavtika Konqresində 87 tələbəmizin məqaləsi “Scopus Index” bazasına daxil edilib

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Səudiyyəli yazıçı: Ədəbiyyat yalnız kitab deyil, cəmiyyətləri birləşdirən yumşaq gücdür –MÜSAHİBƏ

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

Fransa yüksək faizlərin təzyiqi altındadır

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Alban-Udi icmasının üzvləri Laçındakı Ağoğlan monastırını ziyarət ediblər

Enerji potensialından yeni iqtisadi imkanlara doğru - ŞƏRH

Fransada gənclərin 76 faizi ölkənin gələcəyindən narahatdırlar

Milli Məclisin sədri PAİ-nin 153-cü Assambleyasının açılış mərasimində iştirak edib