Enerji Məsələlərini Tənzimləmə Agentliyi ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlıq əlaqələri müzakirə edilib
Bakı, 20 sentyabr, AZƏRTAC
Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi müzakirə olunub.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri Samir Axundov Asiya İnkişaf Bankının (AİB) məsləhət missiyasının rəhbəri Yohan Vogelin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycanın elektrik və qaz təchizatı sahəsində qəbul edilmiş hüquqi-normativ aktlar, tarif metodologiyası barədə məlumat verilib və qurumlararası əməkdaşlıq əlaqələrinin genişləndirilməsi imkanları müzakirə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [13:11]
Azərbaycanda kalsinasiya və anodbişirmə zavodu tikiləcək
- 23.09.2026 [12:39]