Epidemioloji vəziyyətlə əlaqədar Özbəkistanda məscidlərdə Qurban bayramı namazı qılınmayacaq
Daşkənd, 18 iyul, AZƏRTAC
Epidemioloji vəziyyətlə əlaqədar Özbəkistanda məscidlərdə Qurban bayramı namazının qılınması mərasimi keçirilməyəcək. Bundan başqa, kollektiv şəkildə cümə namazının qılınması da müvəqqəti olaraq dayandırılıb.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Özbəkistan Müsəlmanları Ruhani İdarəsinin Üləmalar Şurası fətva verib.
Bildirilib ki, cümə namazı istisna olmaqla, kollektiv namazlar sanitar qaydalara və sosial məsafəyə əməl edilməklə məscidlərin həyətlərində açıq havada qılına bilər. Məscidlərdə görüşərkən əl sıxmaq və qucaqlaşmaq da qadağan olunub.
Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, son sutka ərzində ölkədə 501 yoluxma halı qeydə alınıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]
Efiopiyada Tiqray bölgəsinə altı aylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]