ƏRBİLDƏ PARTLAYIŞ NƏTİCƏSİNDƏ ÇOXLU ADAM HƏLAK OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, fevralın 1-də İraqın şimalındakı Ərbil şəhərində Kürdüstan Demokratik Partiyasının (KDP) və İraq Kürdüstan Vətənsevərlər Birliyinin binalarında partlayışlar baş vermişdir. Üstlərində partlayıcı maddələr olan şəxslər partiyaların binalarına gələrək özlərini partlatmışlar. 100-dən çox vətəndaşın həlak olduğu partlayışların kimlər tərəfindən hazırlandığı bilinmir.
Fevralın 1-də Kərbəla şəhərində - Polşa əsgərlərinin nəzarəti altındakı sahədə yerləşən silah anbarında güclü partlayış baş vermişdir. Polşanın İraqdakı sülhməramlı qüvvələrinin nümayəndəsi, polkovnik Robert Strzeleski partlayış nəticəsində 6 iraqlı vətəndaşın həlak olduğunu bildirmişdir. Hazırda Polşanın İraqda 2400 əsgəri vardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]