Ərəb ölkələrindəki icmamız ölkəmizin İrandakı səfirliyində törədilmiş terror aktını pisləyib
Bakı, 27 yanvar, AZƏRTAC
Misir, Əlcəzair, Səudiyyə Ərəbistanı, İordaniya, İraq, Sudan, Livan və digər ərəb ölkələrinin kütləvi informasiya vasitələrində ölkəmizin İrandakı səfirliyinə silahlı hücumla bağlı Azərbaycan icmasının bəyanatı yayılıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, bəyanatda bildirilib ki, ərəb ölkələrində yaşayan soydaşlarımız İrandakı səfirliyimizdə təşkil edilən terror aktını şiddətlə pisləyir.
Soydaşlarımızın terror aktı nəticəsində həlak olan səfirlik əməkdaşının xatirəsini ehtiramla andığı, regionda sülh və insanlıq əleyhinə yönələn cinayətlərə görə cavabdeh şəxslərin ən qısa zamanda məsuliyyətə cəlb olunmasını tələb etdiyi, beynəlxalq ictimaiyyətdən ədalətli mövqe gözlədiyi vurğulanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]
Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb
- 08.09.2026 [16:45]