Azərbaycan Dövlət İnformasiya Agentliyi

Erməni deputatlar üçün amneziyadan terapiya seansı

Erməni deputatlar üçün amneziyadan terapiya seansı

Bakı, 13 iyun, AZƏRTAC

Məlum olduğu kimi, Avropa Parlamentinin Azərbaycan, Ermənistan və Gürcüstan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Marina Kalyurand, Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, bu qurumun Ermənistan üzrə məruzəçisi Trayan Besesku Ermənistan ilə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionu arasında yeni magistral yol tikintisi ilə əlaqədar birgə bəyanat yayıblar (bax: https://www.europarl.europa.eu.pdf).

AZƏRTAC xatırladır ki, Avropa Parlamentinin deputatları işğal edilmiş ərazi dedikdə Dağlıq Qarabağa bitişik 7 rayondan əlavə bu regionun özünü də nəzərdə tuturlar. Onlar Ermənistanı “münaqişəni Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində dinc yolla nizamlamaq” üçün səy göstərməyə çağırıblar. AZƏRTAC həmin bəyanatın kontent-təhlilini “Avropa Parlamenti: Dağlıq Qarabağ Azərbaycanın qanunsuz işğal edilmiş ərazisidir” adlı materialda təqdim edib (bax: https://azertag.az/ru/xeber/1510299).

Görünür, həmin bəyanatdan sonra Ermənistan-Aİ parlament tərəfdaşlığı komitəsi üzvləri öz vətənlərində güclü ictimai təzyiqlə üzləşiblər. İki gün sonra onlar Avropa Parlamenti tərəfindən ölkələrinə vurulmuş növbəti şapalağa görə bir qədər bəraət qazanmaq məqsədilə cavab bəyanatı ilə çıxış ediblər (bax: https://armenpress.am/rus/news/1018331.html).

Amma sussaydılar, daha yaxşı olardı! Erməni deputatların bəyanatının mətnində isterik frazalar çoxdur. Təbii ki, biz onları bir kənara qoyacaq, yalnız həmin bəyanatda toxunduqları faktoloji məqamlara müraciət edəcəyik. Müəlliflər Dağlıq Qarabağ barəsində “işğal edilmiş” terminindən iki dəfə istifadə etmiş avropalı həmkarlarının səriştəliliyini şübhə altına alırlar. Erməni deputatların bəyanatlarında deyilir: “Dağlıq Qarabağın “işğal edilmiş” adlandırılması ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik səylərinə əsla uyğun gəlmir və bu, Avropa Parlamentinin (!), Avropa İttifaqının və ümumavropa strukturlarının mövqeyi deyil”.

Deyəsən səriştəlilik məsələsində Ermənistan Milli Məclisi komitəsinin üzvlərinin işləri qaydasında deyil. Görünür, onlar Avropa Parlamentinin əvvəlki üç qətnaməsi ilə tanış deyillər. Halbuki, məhz onlar Avropa Parlamentinin keçmişdə qəbul etdiyi qətnamələrin mətnini bəlkə də əzbər bilməli idilər. Lakin əgər bu, adi amneziyadırsa, biz, bir qonşu kimi terapiya seansı keçirməyə və Yerevanda unudulmuş qətnamələri xatırlatmağa hazırıq.

2010-cu il mayın 20-də Avropa Parlamenti deputat Yevgeni Kirilovun məruzəsini dinləyərək, “Avropa İttifaqının Cənubi Qafqazda strategiyasına dair tələb” adlı 2009/2216 (INI) nömrəli qətnamə qəbul edib ("On the Need for an EU Strategy for the South Caucasus", bax: https://www.europarl.europa.eu/sides/getDoc.do?pubRef=-//EP//TEXT+REPORT+A7-2010-0123+0+DOC+XML+V0//EN&language=EN). Bu sənəddə erməni silahlı qüvvələri tərəfindən tutulmuş ərazilər iki dəfə - 8-ci və 10-cu bəndlərdə məhz “işğal edilmiş ərazilər” adlanır. Qətnamə ekspertlər tərəfindən ətraflı təhlil edilib (bax: .: https://1news.az/news/postpred-azerbaydzhana-v-es-rezolyuciya-evroparlamenta-stanet-vkladom-v-ukreplenie-spravedlivogo-podhoda-k-karabahskomu-konfliktu).

İki il sonra Avropa Parlamenti Avropa Şurasına, Avropa Komissiyasına və Avropa xarici siyasət fəaliyyəti xidmətinə tövsiyələrdən ibarət daha iki qətnamə qəbul edib Avropa İttifaqının Ermənistan ilə assosiativ sazişi barədə danışıqlara dair tövsiyələr (2011/2315(INI) nömrəli qətnamə, bax: https://www.europarl.europa.eu/sides/getDoc.do?pubRef=-//EP//TEXT+TA+P7-TA-2012-0128+0+DOC+XML+V0//EN&language=EN) və Avropa İttifaqının Azərbaycan ilə assosiativ sazişi barədə danışıqlara dair tövsiyələr (2011/2316(INI) nömrəli qətnamə, bax: http://www.europarl.europa.eu/sides/getDoc.do?pubRef=-//EP//TEXT+TA+P7-TA-2012-0127+0+DOC+XML+V0//EN&language=EN). Bu sənədlərdə Avropa İttifaqının Dağlıq Qarabağa və ona bitişik rayonlara münasibəti məhz işğal edilmiş ərazilərə münasibət kimi ifadə olunub. Hər iki qətnamənin 1b bəndində Dağlıq Qarabağın ətrafındakı ərazi “işğal edilmiş” adlanır. Avropa Parlamenti Ermənistana dair qətnamənin preambulunun (G) bəndində isə qeyd edir ki, “üçüncü ölkəyə mənsub olan ərazilərin işğal edilməsi beynəlxalq hüququn pozulmasıdır”. Beləliklə, Avropa İttifaqı Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğal edilməsi faktını etiraf edir. Avropa Parlamenti Ermənistana dair qətnamənin preambulunun (H) bəndində Azərbaycanın işğal edilmiş ərazilərində erməni qoşunlarının ("Armenian troops") müntəzəm hərbi manevrlər keçirməsi, ağır hərbi texnikanın və şəxsi heyətin yenilənməsi və müdafiə eşelonlarının dərinləşməsi kimi qanunsuz hərəkətləri barədə xəbərlərə görə dərin təşviş keçirilməsinə istinad edir. Ermənistana dair qətnamənin (z.) bəndi Dağlıq Qarabağın işğal edilmiş ərazilərində erməni əhalinin sayının artırılması məqsədilə Ermənistanın hakimiyyət orqanları tərəfindən məskənlər tikintisi siyasəti barədə xəbərləri təhqiq etməyə çağırır. Bu isə erməni tərəfi üçün aydın səmada şimşək çaxması kimi gözlənilməz olub! - ilk dəfədir ki, Avropa Parlamentinin sənədlərində “işğal edilmiş ərazi” frazası Dağlıq Qarabağa bitişik rayonlara deyil, onun özünə aid edilir! Beləliklə, Ermənistana dair qətnamənin (z.) bəndi Dağlıq Qarabağı “işğal edilmiş ərazi” adlandırır. AZƏRTAC 2012-ci ildə qəbul edilmiş qətnamələri “Avropa Parlamenti Ermənistanı işğalçı dövlət kimi tanıyıb” adlı materialda ətraflı təhlil edib (bax: : https://azertag.az/ru/xeber/240491).

Beləliklə, Avropa Parlamentinin 2009/2216(INI), 2011/2315(INI) və 2011/2316(INI) nömrəli qətnamələrində Dağlıq Qarabağın məhz Azərbaycanın işğal edilmiş ərazisi qismində Brüssel tərəfindən tanınmasını birmənalı olaraq təsdiq edilir. Çox təəssüf ki, Ermənistan-Aİ Parlament Tərəfdaşlığı Komitəsinin dünən bəyanatla çıxış etmiş üzvləri avropalı deputatların səriştəliliyinə şübhə etdikləri halda özlərinin biabırçı siyasi nadanlığını və Avropa Parlamentinin əvvəl qəbul edilmiş qətnamələri barədə bağışlanılmaz dərəcədə məlumatsız olduqlarını göstəriblər.

Bundan əlavə, erməni deputatlar bir daha qəbul edilmiş beynəlxalq sənədləri saxtalaşdıranlar və təhrif edənlər rolunda çıxış etmək istəyiblər. Dünənki bəyanatın müəllifləri avropalı deputatların münaqişəni Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində dinc yolla nizamlanması prosesini sürətləndirmək barədə ədalətli və qərəzsiz çağırışına təəccübləndiklərini bildirməklə nədənsə həmin çağırışı “30 ildən bəri davam edən sülh prosesinin məntiqinə zidd” hesab edib, öz dolaşıq interpretasiyaları ilə dəqiq ifadələri yenidən təhrif ediblər. Onlar güman edirlər ki, “Dağlıq Qarabağın qəti statusu Dağlıq Qarabağ xalqının hüquqi cəhətdən məcburi olan sərbəst fikir ifadəsi ilə müəyyən olunacaq”.

Bircə dəqiqə! Maraqlıdır, görəsən məhz “Dağlıq Qarabağ xalqı”nın fikir ifadə etməsi barədə hansı sənəddə söhbət gedir? Necə deyərlər, kartlarınızı açın göstərin! Axı belə sənəd yoxdur! İki həftədən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin dövlət başçılarının G8 Zirvə toplantısında birgə bəyanatının qəbul edildiyi vaxtdan 10 il keçir. Həmin bəyanatda nizamlamanın altı prinsipi elan edilib. Bəyanatın mətni ilə tanış ola bilərsiniz: https://obamawhitehouse.archives.gov/the-press-office/g8-summit-joint-statement-nagorno-karabakh-conflict-dmitry-medvedev-president-russi

Həmin bəyanatda “Dağlıq Qarabağın gələcək qəti hüquqi statusunun məcburi hüquqi qüvvəyə malik olan fikir ifadə edilməsi yolu ilə müəyyən olunmasından” bəhs edilir, lakin öz fikrini ifadə etmək hüququnun “Dağlıq Qarabağ xalqı”na veriləcəyi barədə heç eyham da yoxdur. Bundan əlavə, əsassız olaraq guya “ATƏT-in Minsk qrupunun həmsədrlərinin Dağlıq Qarabağı və ya hər hansı başqa ərazini işğal edilmiş ərazi saymadıqları”nı iddia etmək nəyə lazımdır, axı 10 il bundan əvvəl qəbul edilmiş bəyanatda həmsədrlər açıq-aşkar “Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş ərazilərin qaytarılması” barədə danışırlar?!

Ermənilər həmişə yalan danışmaq adətindən əl çəkə bilmirlər! Axı mövcud sənədlərdən görünür ki, onlarda konkret olaraq nə var, nə yoxdur. Biz bu materialda bilərəkdən mənbələrə istinadları təqdim etmişik ki, bizi saxtakarlıqda ittiham etmək mümkün olmasın. Əgər bu sənədlərdə müəyyən məqamlar yoxdursa, onları uydurmaq və təhrif etmək nəyə lazımdır? Əgər bu sənəddə sizin üçün münasib olmayan məqamlar varsa, onu gizlətməyin nə mənası var, axı bütün sənədlər əlçatandır və yalanı asanlıqla ifşa etmək olar!

Buna görə Ermənistan-Aİ Parlament Tərəfdaşlığı Komitəsinin üzvlərindən bir xahişimiz də var, az yalan danışın! İnanın ki, hər dəfə sizi ifşa etmək və adınızı biabırçı lövhəsinə yazmaq bizi bezdirib. Öz cəmiyyətinizə saxta bəyanatlar vəd etmək əvəzinə əvvəlcə sənədlər və qətnamələrlə tanış olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bölgələrdə sertifikatlı toxum satışı təşkil olunacaq

Vamiq Məmmədəliyev: Ustad görməyən tələbə kamil sənətkar ola bilməz

Bakıda tanınmış kamança ifaçısı Şəhriyar Musayevin “Xəbərsiz” adlı solo konserti keçirilib

Rusiya MDB ölkələri arasında borclular haqqında məlumat mübadiləsinə dair sazişi ratifikasiya edib

Qazaxıstan və Dünya Bankı Xəzər və Aral dənizlərinin ekoloji problemlərini müzakirə ediblər

Qazaxıstanda Aktau dəniz limanı yaxınlığında yük avtomobili teplovozla toqquşub

Fransada sosial narazılıq dərinləşir: Makron hakimiyyəti yeni siyasi böhranla üz-üzədir

Türk ekspert: Almaniyada gənclərin etirazları gələcəyə inamsızlığın göstəricisidir

Avropanın sabitliyi öz vətəndaşlarına verdiyi vədləri yerinə yetirib-yetirə bilməyəcəyindən asılıdır ŞƏRH

Humboldt Universitetinin professoru: Almaniya və Fransadakı etirazlar Avropanın dərin sosial problemlərini əks etdirir

Gökdeniz Karadeniz: Son illərdə Azərbaycan komandaları Avropada mühüm uğurlar qazanırlar – EKSKLÜZİV

Dövlət Komitəsinin sədri Şərurda vətəndaşların müraciətlərini dinləyib

Fransadakı etirazlar Makron hakimiyyətinin yarıtmaz siyasəti kontekstində qiymətləndirilməlidir RƏY

Hövsan-Türkan yolunda təmir işləri ilə əlaqədar üç marşrutun hərəkət sxemi dəyişdiriləcək

Fransada etiraz dalğası genişlənir: ümummilli tətil və nümayişlər gözlənilir

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

Konstitusiya Məhkəməsinin Plenumunda Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib

Tbilisidə Azərbaycan-Gürcüstan elmi-ədəbi əlaqələrinin əhəmiyyəti vurğulanıb

Britaniyada 200 minə yaxın ailə yoxsulluq riski ilə üzləşə bilər

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Film Fondunda Yavər Rzayevin 70 illik yubileyi qeyd edilib

Qazaxıstan və Çin Orta Dəhlizin inkişafı üçün 200 milyon dollaradək investisiya fondu yaratmağı nəzərdən keçirir

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Bomba xəbərdarlığı: “Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

Yaponiya ABŞ ordusunda nizam-intizamın aşağı olmasından narazıdır

Azərbaycan-Çin Sənaye Parkının yaradılması nəzərdən keçirilib

Azərbaycanlı karateçi Sofiyada gümüş medal qazanıb

® “Prime Leasing” qlobal səhnədə: Çində “Zoomlion Gold Dealer Award 2026” mükafatına layiq görülüb

Lüksemburqda azərbaycanlı rəssam Taleh Mirkazımın “TRACES” adlı fərdi sərgisi açılıb

DİM elektron xidmət istifadəçilərini diqqətli olmağa çağırır

Azərbaycanda elektromobillər üçün vahid enerjidoldurma platformasının yaradılması planlaşdırılır

Hərbi xidmətdən boyun qaçıran şəxslər cinayət məsuliyyətinə cəlb olunub

Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Norveçdə Zəfər Günü və NAYO-nun 20 illik yubileyinə həsr olunmuş tədbirlər təşkil edilib

ABŞ-də Hellouin bayramı zamanı baş verən atışmalarda 12 nəfər həlak olub, 50-dən çox insan yaralanıb

Avropada siyasi etimadın azalması və iqtisadi çətinliklər sistemli problemlərin göstəricisidir - ŞƏRH

İlin sonunadək Macarıstanda yanacağın qiyməti arta bilər

Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Özbəkistanda Qlobal İstedadlar Forumunda məruzə edib

Çinin xüsusi nümayəndələri Yaxın Şərq və Afrikaya səfər edəcəklər

Sumqayıt Bulvarında mikromobillik zolaqları təşkil edilib

DSX: Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Enerji daşıyıcılarının bahalaşması Avropada sosial-iqtisadi problemləri dərinləşdirir - RƏY

Fransadakı kütləvi etirazlar Avropanın siyasi elitaları üçün ciddi xəbərdarlıqdır ŞƏRH

İsveçdə supermarketlərdə soyuducu avadanlıqlarda kütləvi nasazlıq baş verib

Belçikanın Baş naziri büdcə danışıqlarının uğursuzluğundan sonra istefasını kralın ixtiyarına verəcək

Milli Süni İntellekt Mərkəzi ilə “University at Buffalo” dövlət və özəl sektorun təmsilçiləri üçün beynəlxalq təlim təşkil edib

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Suriyada güclü sel nəticəsində səkkiz nəfər həlak olub

“Dəmir yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə elan olunub

Makronun əsas problemi konstitusion səlahiyyətlərinin məhdudluğu deyil, siyasi legitimliyinin zəifləməsidir  ŞƏRH

Qələbənin izi ilə: BDU-da Vətən müharibəsinin siyasi-tarixi əhəmiyyətindən bəhs edilib

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə yekun vurulub

Azərbaycanlı alimin Dünya Bankının beynəlxalq layihəsinə ekspert töhfəsi yüksək qiymətləndirilib

Zaur Əliyev: Mədəniyyətlərarası dialoq davamlı sülhün və beynəlxalq hüququn mühüm şərtidir

BMT-nin hesabatı: Qlobal temperaturun 1,5 dərəcədən çox artması kriosferdə geridönməz itkilərə səbəb ola bilər

Balaton gölü əsrin sonunadək üç hissəyə bölünə bilər

NASA “Hubble” teleskopunun fəaliyyət müddətini uzatmaq üçün özəl şirkətləri cəlb edir

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 136 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pakistanlı influenserlər Azərbaycanın turizm imkanları ilə tanış olublar

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

“Azərbaycançılıq milli məfkurəmizdir” mövzusunda müzakirə-seminar təşkil edilib

Azərbaycanın investisiya üstünlüyü - İstehsaldan regional ixraca

® Metropoliten işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

“Üzməyi öyrənək” layihəsi 8-ci dəfə təşkil olunacaq

Şuşaya ilk Azərbaycan bayrağını sancan Vətən Müharibəsi Qəhrəmanı BMU tələbəsidir

Media: Rusiyanın kəşfiyyat gəmisi NATO-nun hərbi təlimlərində iştirak edən döyüş gəmilərini izləyib

“4Sİ Akademiyası - Milli Proqram” çərçivəsində daha 4 min vətəndaş təlimlərə başlayıb

Azərbaycan basketbol millisi Serbiyaya yollanır

® “Ziraat Bank Azərbaycan”ın istiqrazlarına böyük maraq - Tələb təklifi 3 dəfə üstələyib

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

Hamiləlikdə xroniki yüksək qan təzyiqi körpələrdə anadangəlmə ürək qüsuru riskini artırır - tədqiqat

“Bu ki, od parçasıymış!” — Səməd Vurğunun seminariyaya qəbul hekayəsi

Yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

Deputat: Azərbaycan qadını dövlətçilik ənənələrinin qorunmasında mühüm rol oynayır

Şəkidə sənət əsərlərinə yeni nəfəs verən bərpaçı - MÜSAHİBƏ

Pərvanə Hacıyeva: “Güclü cəmiyyətin zərif simaları” layihəsi qadınların təcrübə mübadiləsinə geniş imkan yaradıb

Alman nazirlər Frankfurtda iğtişaşlara və talanlara qarşı sərt tədbirlər görüləcəyini vəd edirlər

2027-ci il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi müzakirə edilib

Türk dünyasının iqtisadi potensialı elmi müstəvidə təhlil edilib

Mahmud Qurbanov: Klublar arasında rəqabətin artması futbolumuzun inkişafına müsbət təsir göstərir

Britaniyada miqrantların daimi yaşayış icazəsi almaq üçün gözləmə müddəti artırıla bilər

Şəhid atanın ən böyük arzusu: BDU tələbəsi Aysu Əmrahovanın Zəfər hekayəsi

Azərbaycan öz milli maraqları çərçivəsində müxtəlif platformalar arasında dialoqa töhfə verir ŞƏRH

Mars Sariyev: Sabitlik küçələrdə polislərin sayı ilə deyil, qurumların ictimai tələblərə reaksiya vermək qabiliyyəti ilə ölçülür ŞƏRH

Dövlət sərhədindən buraxılış məntəqəsində sənədlərdə göstərilməyən yük aşkar edilib

Avropada baş verən kütləvi etirazlar cəmiyyətdə narazılığın dərinləşdiyini göstərir ŞƏRH

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər VİDEO

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər VİDEO

Aynur Sofiyeva: Güclü cəmiyyət hər bir vətəndaşın öz potensialını reallaşdırması ilə formalaşır

Krit adası yaxınlığında 43 miqrant xilas edilib

Qazaxıstanda əhali artımı: ən yüksək göstərici Astanada qeydə alınıb

® “PAŞA Holdinq”in 20 yaşı tamam olur

Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri həbs edilib - Birgə məlumat

Arazın soyuq suyundan doğma ocağın istisinə: Əhmədovlar ailəsinin qayıdış hekayəsi VİDEO

Arazın soyuq suyundan doğma ocağın istisinə: Əhmədovlar ailəsinin qayıdış hekayəsi VİDEO

Hindistanda tikinti sahəsində faciə: 8 fəhlə həyatını itirib

Azərbaycanın sosial media məkanında lider dəyişikliyi:“Youtube” rəqibini geridə qoyub

Futzal üzrə Azərbaycan Tələbə Liqasında yeni mövsümə start verilib