Azərbaycan Dövlət İnformasiya Agentliyi

Erməni hakimiyyətinin növbəti “soyqırımı” şousu

Erməni hakimiyyətinin növbəti “soyqırımı” şousu

Bakı, 24 aprel, AZƏRTAC

Ermənistan prezidenti Serj Sarkisyanın qondarma “erməni soyqırımı” ilə bağlı fikirlərinə cavab olaraq hərbi jurnalist İsa İsmayılov məqalə hazırlayıb. AZƏRTAC məqaləni təqdim edir.

“Ermənistan prezidenti Serj Sarkisyanın “genosid” günü ilə əlaqədar öz xalqına ənənəvi müraciəti əvvəlki illərlə müqayisədə demək olar ki, heç nə ilə fərqlənmir. Yenə də Türkiyə, Azərbaycan, “məzlum və yazıq erməni xalqı”, “baş verən son hadisələrə etinasız qalan beynəlxalq ictimaiyyət” və s.

Bununla belə, onun səsləndirdiyi “erməni xalqı dəyişmişdir” fikri qismən də olsa həqiqəti əks etdirir. Həqiqətən Yerevanda hakimiyyətdə olduğu dövrdə “Qarabağ klanı”nın erməni xalqına yeritdiyi “qələbə” eyforiyası tam iflasa uğrayıb. Artıq erməni xalqı dəyişib, o əsil düşməninin kim olduğunu anlamağa başlayır. Ermənilər zorla, silah gücünə, terrorla hakimiyyəti ələ keçirmiş qaragüruh dəstənin niyyətini, mahiyyətini gözəl başa düşür. Məhz bu “dəyişən erməni xalqı” Sarkisyan rejiminin yıxılmasını, onun fiziki məhvini istəyir və buna çalışır. Erməni xalqı nəhayət ki, düşmənlərinin məhz daxildə olduğunu anlamağa, dərk etməyə başlayıb.

S.Sarkisyanın “ədalətin qələbə çalması üçün biz mübarizə aparacağıq” fikri isə külək dəyirmanı ilə savaşa bənzəyir. O, göbbelssayağı pafoslu, odlu-alovlu çıxışı ilə erməni gənclərini “böyük Ermənistan” kimi boş, mənasız ideyalar, yerinə yetməsi mümkün olmayan xülyalar uğrunda qırılmağa, milləti məhvə, dövlətini isə tam iflasa aparır. Cəbhə xəttində baş verən son hadisələr yüzlərlə erməni gəncinin ölümünə, əlil olmasına səbəb oldu. O da bu cür riyakar çıxışları ilə övladlarını itirmiş erməni ailələrinin başını yenə də aldadacağını düşünür.

Coğrafi məkanda, ətrafındakı qonşuları ilə münaqişə vəziyyətində olan Ermənistanı heç kim yox, məhz Sarkisyan hakimiyyəti blokadaya alaraq xalqı acından qırdırır, dilənçi vəziyyətinə salır və səfalətdə saxlayır. Bütün bunlar hədə-qorxu, yalanlar, iftiralar gücünə həyata keçirilir. Amma Ermənistanda artıq hamı kimi, hətta Sarkisyan da sonunun çatdığını deyəsən dərk edir. Bu mövzuda çıxışlarla o, boğulanın saman çöpündən də imdad diləməsinə bənzəyən təəssürat yaradır.

Türkiyəni qınayan, onun mövqeyini pisləyən, orada “söz və mətbuat azadlığının” pozulmasından dəm vuran, Türk düşmənçiliyindən ağzından köpük tökülənə qədər haray, həşir salan Sarkisyana yaxşı bəllidir ki, 70 min nəfərdən çox Ermənistan vətəndaşı hazırda bir qarın çörək pulu qazanmaq üçün məhz qonşu Türkiyə dövlətinə sığınıb. Ermənistan xalqını biradamlıq, darısqal karserdə saxlayan Sarkisyan və kriminal komandası azad fikir, ictimai şüur və təşəbbüslə çıxış edən bütün erməni fəallarını pərən-pərən salıb, həbsxanalara atıb, bir qismi isə məcburən ölkəni tərk edərək xaricə qaçmağa müvəffəq olub. Əgər belə olmasaydı kriminal rejimin ucbatından hər il ölkəni tərk edənlərin çoxalmasına görə, ölkədə demoqrafiq vəziyyətin faciəvi olmasından Ermənistan siyasi partiyaları yana-yana danışmazdılar.

Cəbhə xəttində son gərginliyin yaşanmasında guya Azərbaycanı günahkar çıxarması isə onun ön xətdə nə baş verməsindən tamamilə bixəbər olmasını göstərir. Aprelin əvvəllərində baş vermiş hadisələrin həqiqətən kim tərəfindən törədilməsini dünyada yalnız bir qrup qəbul etmək istəmir, o da Sarkisyan və onun kampaniyasıdır.

O, cəbhədəki çoxsaylı itkilərin statistikasını gizlətməyə cəhd göstərir. Ancaq yaxın günlərdə ölən erməni əsgərlərinin analarının başlayacağı etiraz dalğasının onun hakimiyyətinin devrilməsinə təkan verəcəyinə artıq şübhə qalmır və bu kriminal hərbi rejimin təşvişinə səbəb olub. O, yenə də öz xalqını Azərbaycan əsgəri ilə qorxutmağa çalışır. Faktlar isə onu göstərir ki, Azərbaycan əsgəri torpaqlarımızı işğal etmiş erməni silahlıları, könüllü adı ilə dünyanın müxtəlif yerlərindən Qarabağa gətirilən terrorçular, muzdlularla, qatillərlə mübarizə aparır.

“Biz yeni genosidə yol verməyəcəyik” fikri isə ikiüzlülüyün, riyakarlığın və arsızlığın son həddidir ki, bunu da Sarkisyanın söyləməsi ümumiyyətlə təəccüb doğurmur. Axı soruşan lazımdır ki, ay yazıq, son 20 ildə erməni xalqını yeni soyqırıma məruz qoyan, terror, şantaj, hədə-qorxu, silahlı çevriliş və basqın yolu ilə Yerevanda hakimiyyətə gələn “Qarabağ klanı” deyilmi? İqtisadiyyatının tənəzzülə uğraması, ölkənin kriminal oliqarxlar tərəfindən bölüşdürülməsi, az da olsa gəlir gətirmək imkanına malik sənaye sahələrinin digər dövlətlərin ixtiyarına verilməsi, eləcə də sərhədlərinin, siyasətinin, müdafiəsinin öz əlində olmaması, demoqrafik vəziyyətin fəlakət həddinə çatması, hətta erməni millətçiliyinin beşiyi sayılan erməni-qriqoryan kilsəsinin də Yerevan hakimiyyətindən üz döndərməsi erməni xalqına qarşı elə Sarkisyanın illərlə yeritdiyi yeni genosidin təzahürü deyilmi? Sarkisyan düşdüyü vəziyyətdən, Ermənistanı sürüklədiyi bəlalardan o qədər başını itirib ki, sadə bir şeyi anlamağa belə dərrakəsi çatmır. Onun başa düşmədiyi odur ki, belə populist çıxışlar nə qələbələrin, nə də ermənilərin “populyasiyasına” kömək etməyəcəkdir. Amma onun üçün yenə də gec deyil. Düzgün mövqe sərgiləyib işğal edilən Azərbaycan torpaqlarını tərk etməklə o, öz xalqına normal yaşamağa, erməni gənclərinin sağ-salamat ailələrinə dönmələrinə az da olsa kömək edə bilər.

Çünki aprelin əvvəlində baş verən hadisələr göstərdi ki, heç şübhəsiz, Azərbaycan Ordusunun Qarabağın azadlığı uğrunda başladığı yürüş qısa bir müddətdə Ermənistanın hərbi-siyasi rejiminin iflasına və regionda qüvvələr balansının xeyrimizə dəyişməsinə səbəb ola bilər və bu mütləq olacaqdır.

İsa İsmayılov

Hərbi jurnalist

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik