Erməni hərbçiləri bir neçə hərbi texnikanı və yanğınsöndürən maşını ataraq qaçıblar FOTO
Cəbhə bölgəsi, 7 oktyabr, T.Ağaməmmədov, AZƏRTAC
Azərbaycan Ordusu ilə üz-üzə gəlməkdən qorxan düşmən əsgərləri hərbi texnikalarını ataraq qaçırlar.
AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, hərbçilərimizin uğurlu əməliyyatı nəticəsində düşmənin daha bir neçə hərbi texnikası - rabitə avtomobili olan "Ural", "Picap" və yanğınsöndürən maşın qənimət kimi ələ keçirilib.